Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AST Telman Putinin adamı ilə əyləncədə - Fotolar



Rusiyanı iqtisadi böhranın bürüdüyü, rublun çökdüyü bir vaxtda mətbuatın diqqəti oliqarxların və şou-biznes əhlinin, habelə yüksək vəzifəli Kreml rəsmilərinin yeyib-içmək və əylənmək sarıdan özlərinə korluq vermədiyinə yönəlib


PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, dünən - dekabrın 18-də Moskvada, Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun “Safis” restoranında Rusiya şou-biznesinin boz kardinallarından biri Aleksandr Dostmanın 55 illiyi qeyd olunub.

Dəbdəbəli ziyafətə toplaşanlar arasında təbii ki, restoranın sahibi də olub. Qonaqlar arasında Rusiya Prezidentinin İşlər İdarəsinin rəhbəri Vladimir Kojin də yer alıb.

Super.ru portalının ziyafətdən hazırladığı reportaja görə, A.Dostman Rusiyanın televiziya və konsert biznesində əsas oyunçu olaraq qalır. O, “Artec” mədəniyyət fondunun sahibidir və irimiqyaslı konsertlər, televiziya ilə canlı yayımlar və digər tədbirlər təşkil edir. A.Dostman “Anşlaq” proqramının da müəllifi və istehsalçısıdır.

Onun yubileyinə Alla Puqaçova, İosif Kobzon kimi nəhənglər, habelə Amerika xüsusi xidmət orqanları tərəfindən 2000-ci il Sidney Yay Olimpiadasında medalların satışını təşkil etməkdə, hakimləri ələ almaqda ittiham olunan biznesmen Alimjan Toxtaxunov, biznes və şou-biznes elitasının digər üzvləri qatılıblar. Ziyafətin “hesabı” 10 milyon rubl, yəni təxminən 75 min dollar edib.

Qeyd edək ki, T.İsmayılovun maliyyə vəziyyəti hazırda yaxşı deyil. Onun banklara və müxtəlif iş adamlarına 100 milyon dollardan çox borcu var. Buna baxmayaraq oliqarx bütün bu kimi dəbdəbəli “tusovka”ların daimi qonağıdır.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar