Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ARDNF-nin aktivləri 2,7 mlrd. dollar artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2017-ci il üzrə gəlir və xərclərini açıqlayıb


Fonddan verilən xəbərə görə,  ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 12 137,5 mln. manat, büdcə xərcləri isə  11 015,5 mln. manat təşkil edib.

2017-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 17,9 mln. manat  təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 mln. manat vəsait ayrılıb. 17,0 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib.

"Star" neft emalı kompleksinin tikintisinə 735,4 mln. manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 mln. manat təşkil edib.

2018-ci il yanvarın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 mln. dollar) nisbətən 8,02% artaraq 35 806,5 mln. dollara bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub. “APA-Economics”

pia.az
Etiket:
loading...