Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AP Azərbaycanda seçkiləri niyə izləməyəcək?


Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb


Yayılan məlumatlara əsasən guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.

Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Modern.az-a bildirib ki, qeyd edilən məlumatların heç bir əsası yoxdur:

“İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər. Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər. Əgər məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar