Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-in keçmiş aparıcısı övladını itirdi

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova yeni doğulan körpəsini itirib


Axşam.az-ın məlumatına görə, bu haqda Gülnarə sosial şəbəkədə yazıb. Türkiyədə ərdə olan Məmmədova uzun müddətdir qızı Azranın xəstə olduğunu bildirmişdi. O, övladı ilə bağlı paylaşımlar edərək, onun xəstəxanaya yerləşdirildiyini vurğulamışdı.

Bu gün isə Gülnarə övladını itirdiyini bildirib və sosial şəbəkədə bunları paylaşıb:

“Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Həmişə mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən.

Yanımda olsan da, olmasan da, bədənimdə qoyduğun və heç vaxt silinməyəcək imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə gedəcəyim açarımsan. Sən mənim canımsan, qanımsan, balımsan, yeganə qızımsan...”.

G.Məmmədovanın övladı dekabrın sonlarında dünyaya gəlib və səhhətində problem olub. Körpə bir müddət xəstəxanada müalicə alsa da, onu xilas etmək mümkün olmayın. 

Qeyd edək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, “Kamerton” verilişinin aparıcısı olub.

Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar