Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA ötən ilin statistikasını açıqlayıb- 204 mina tapılıb


2017-cı ilin 12 ayı ərzində respublika ərazisində 35 117 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilib


Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 2017-ci ilin 12 aylıq fəaliyyətinə dair yekun məlumatında bildirilir.

Bildirilir ki, Agentlik tərəfindən 2017-cı ilin 12 ayı ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazi təmizlənib, 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib.

Ümumilikdə, 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib.

NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə Ağstafa rayonu Saloğlu layihəsi 2011-ci ildə uğurla başa çatdırıldıqdan sonra, əməkdaşlığın davamı olaraq növbəti Ceyrançöl layihəsinə 2012-ci ildə start verilib. Layihə üzrə 2017-cı ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib,211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.

2017-ci ilin aprel ayında Agentliklə Türkiyənin DENEL SOC LTD T/A DENEL LAND SYSTEMS INCOMPORATING MECHEM MƏRKƏZİ GUNEY AFRIKA TÜRKİYƏ ŞÖBƏSİ arasında bağlanılmış müqaviləyə əsasən, 105 nəfərlik əməliyyat heyəti 13 may 2017-ci il tarixindən Türkiyənin İödır vilayətinin İran İslam Respublikası ilə sərhəddində mina təmizləmə əməliyyatlarına cəlb olunub. 127 iş günü ərzində 116 279 kv.m (11.63 ha) ərazi təmizlənmiş, nəticədə 17 106 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyatlar 30 noyabr 2017-ci il tarixində sona çatıb.

Daimi əməliyyatlar aparılan bölgələrdə mina sahələri və döyüş ərazilərinin təmizlənməsi işləri ilə yanaşı, Agentlik, Nazirlər Kabinetinin tapşırıqlarına, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, yerli icra orqanları və müxtəlif təşkilatlardan daxil olan müraciətlərə cavab olaraq, respublikanın ayrı-ayrı regionlarında mülki əhali və təsərrüfatlar üçün təhlükə yaradan mina/PHS-lərin zərərsizləşdirilməsi məqsədilə qısamüddətli (minatəmizləmə terminində “Tək sursat”) əməliyyatları yerinə yetirir.

Agentlik tərəfindən 2017-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Füzuli, Şamaxı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, LənkəranCəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 457 ədəd partlamamış hərbi sursat, 7 ədəd piyada mina və 64 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə 171 344 kv.m (17.13 ha) ərazi yoxlanılıb.

2009-2016-cı illərdə olduğu kimi, 2017-ci ilin 12 ayı ərzində əməliyyatlarla bərabər, Agentlik Təhsil Nazirliyi ilə birlikdə Mina Təhlükəsizliyinə dair Maarifləndirmə (MTM) layihəsi çərçivəsində müəllimlər üçün əlavə olaraq seminar məşğələlərin tədrisinə başlayıb. Bununla əlaqədar aidiyyatı tapşırıqlar verilib, məktəblər üçün dərsliklər sifariş olunmuş və həmin dərsliklər Respublikaya gətirilib. Həmçinin Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Füzuli, Qazax rayonlarının düşmənlə təmas xətti ərazisində və Xızı rayonunun partlayış baş vermiş ərazisində yaşayan yerli sakinlərlə görüşlər təşkil olunub, müxtəlif məlumatlandırıcı materiallar paylanılıb.

Agentlik tərəfindən 2018-ci il ərzində cəbhəxətti və sərhədyanı rayonlarda, keçmiş Sovet dövründən qalmış silah-sursat anbarlarında, həmçinin müxtəlif qurumların müraciətlərinə əsasən təmizləmə əməliyyatlarının yerinə yetirilməsi nəzərdə tutulub.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar