Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA yeni vəzifələrinin icrasına başladı



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına başlanılıb


PİA.AZ bildirir ki, akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin iclasında ölkə rəhbərinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 11 dekabr 2014-cü il tarixli fərmanından danışan akademik Akif Əlizadə bildirib ki, yeni Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini, elmi nailiyyətləri təcrübədə tətbiq etmək yolu ilə gəlir gətirən təsərrüfat subyekt­ləri yaratmağı, beynəlxalq əlaqələrin genişləndirilməsini, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən və digər əhəmiyyətli məsələlərin həllini nəzərdə tutan əsaslı müddəalar öz əksini tapıb.
 
Qeyd olunub ki, sənədin AMEA-nın Nizamnamə Komissiyası tərəfindən bütün struktur bölmələrin fəaliyyətinə tətbiq edilməsi məqsədilə Rəyasət Heyəti aparatının idarə və şöbələri, elmi bölmələri, regional elmi bölmə və mərkəzləri, elmi müəssisə və təşkilatlarında seminar məşğələlərin keçirilməsi, həmçinin Nizamnamə və Əsasnamələrinin yeni Nizamnaməyə uyğun dəyişdirilməsi nəzərdə tutulur.
 
İclasda Akademiyanın bayrağının təsviri və istifadəsi qaydalarının “Azərbaycan Milli Elmlər Akademiyasının bayrağı haqqında Əsasnamə” ilə müəyyən edilməsi, Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki müstəqil bölməyə ayrılması və sözügedən bölmələrin hər birinin konsepsiya və əsasnamələrinin hazırlanaraq təsdiq edilməsinin qanunauyğun hesab edilməsi Nizamnamədən irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçiriləcək növbəti tədbirlər kimi müəyyənləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar