Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

AMEA prezidenti Mingəçevir İES-də baş vermiş hadisəyə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib


 A. Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə Azərbaycan elminin energetika istiqamətində bir qədər inkişafını tələb edir.

AMEA prezidenti qeyd edib ki, Azərbaycan energetika elmi alimlərin diqqətində olmalıdır: "Azərbaycan energetikləri Mingəçevir İES-də bir blok sıradan çıxanda, ümumi enerji şəbəkəsinə zərər dəyməyən təhlükəsizlik sxemi yaratmalıdırlar”. 

A. Əlizadə vurğulayıb ki, AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir.(APA)

pia.az
Etiket:
loading...