Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-nın rəhbər işçilərinin maaşları artırılıb


Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının yeni cədvəli təsdiqlənib


Nazirlər Kabinetindən verilən məlumata görə, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 mart tarixli 3742 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti  elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələrin ödənilməsini təsdiqləyib.

Yeni cədvələ əsasən AMEA-nın prezidentinin aylıq vəzifə maaşı 1837 manat, AMEA-nın 1-ci vitse-prezidentinin 1276 manat, AMEA-nın vitse-prezidentinin, akademik katibinin 1177, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik katibinin 880, İdarə rəisinin 853, AMEA-nın Rəyasət Heyətinin elmi katibinin, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin 825, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin 704,  Qeyri-əsas şöbənin rəisinin 517, Qeyri-əsas şöbənin rəisinin müavininin, AMEA-nın vitse-prezidentinin köməkçisinin 484, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin 451, Aparıcı mütəxəssisin 407, mütəxəssisin 374, arxiv müdiri, təsərrüfat müdirinin 275, Böyük arxivçi, böyük inspektor, sürücünün 193, Arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun 180, Texnik, komendant, laborantın 170, Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçiçilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin aylıq vəzifə maaşı 165 manat müəyyən olunub. 

Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarına gəlincə, direktorun aylıq maaşı 1100 manat, direktorun müavini 880 manat, şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib 649 manat təsdiqlənib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar