Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-nın prezidenti alimlərdən şikayətləndi


Azərbaycan alimlərin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməsi sahəsində bəzi MDB ölkələrindən geridə qalır


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirmə səviyyəsi pis deyil: “Ancaq biz istərdik ki, bu, daha yaxşı olsun. Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır. Bu jurnallarda məqalə çap etdirməyə tələbat çox yüksəkdir. O tələbata uyğun məqalələr hazırlanır”.
AMEA prezidenti hesab edir ki, nəzərdə tutulan tədbirlər - gənc alimlərin mükafatlarla stimullaşdırılması, onların tədqiqat aparması məqsədi ilə cihazlarladan istifadə imkanlarının artırılması sayəsində Azərbaycanda belə alimlərin sayı getdikcə artacaq.
A.Əlizadə bildirib ki, bu gün Azərbaycan alimləri dünya elminə bəzi töhfələr verə biliblər. Azərbaycan alimlərinin seysmiklik və palçıq vulkanlarının öyrənilməsi sahəsində öz dəst-xətləri var. Bu gün Azərbaycan alimləri dünya palçıq vulkanlarının ikicildlik atlasını hazırlayaraq dünya elminə yeni töhfə veriblər: “Digər tərəfdən, neçə illərdir ki, Avropada Adron Kollayder qurulub. Bu işdə bizim fiziklərimiz də iştirak edir. Burada çalışan 6-7 Azərbaycan aliminin öz dəst-xətti var. Digər tərəfdən, bizim kimyaçılarımızın neft-kimya sahəsinə böyük töhfələri var”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar