Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-dan istefa verən Tofiq Hacıyev danışdı


“AMEA-nın Dilçilik İnstitutundan istefamın səbəbi konkret şəxslərlə bağlıdır”


Bunu Publika.az-a açıqlamasında Dilçilik İnstitutunun keçmiş direktoru, akademik Tofiq Hacıyev deyib.
 
“Lakin həmin şəxslərin adları və digər məsələlər barədə artıq informasiya vermək istəmirəm. Bu, mənə yaraşmaz. Müəyyən səbəblər var, bu barədə ətraflı danışmağı məsləhət bilmirəm. Amma oradakı rejimə görə istefa verdim”,- deyə Tofiq Hacıyev əlavə edib.
 
T.Hacıyev bundan sonra akademiya ilə əlaqələrini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətirib.
 
“Mənim ata ocağım Bakı Dövlət Universitetidir. Akademiyaya dəvət olunanda da  universitetlə əlaqələrimi davam etdirəcəyimi şərt kimi qoymuşdum. Universitet mənim yurdumdur, bundan sonra da fəaliyyətimi orada davam etdirəcəm. Akademiya elm ocağıdır, ehtiyac olduğu halda ora ilə münasibətlərimi davam etdirəcəm.  Amma orada maaşlı iş görməyəcəm”.
 
Qeyd edək ki, akademik T.Hacıyev ötən həftə Dilçilik İnstitutundakı direktorluq vəzifəsindən istefa verib. İstefanın institutun keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə əlaqədar olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar