Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və NATO-ya üzv olmanın açarı Afinadadır - Təhlil



Dimitar Beçev

“Əl-Cəzirə”


Balkan xalqları öz aralarında mübahisə aparmağı sevirlər. Keçmişlə və ya günümüzdə bağlı, fərq etməz, qonşuları bir-biri ilə üz-üzə qoyan çox şey var.

Bununla yanaşı, bir şey müzakirə olunmur: “uzlaşma” sözü Cənub-Şərqi Avropanın demək olar ki, bütün dillərində mənfi məna daşıyır. Skandinaviya və ya Almaniyadakı siyasətçilər fikir birliyinə gəlmə və əks-fikirlərə dözümlülük qabiliyyəti ilə qürur duyarlar. Ancaq Balkanlarda olan siyasətçilər düşmənləri ilə səhnə arxasında qarşılaşdıqları zaman söz duelindən çəkinmirlər.

İş ondadır ki, “Makedoniya” adının mübahisəsi bitmək bilmir. 1991-ci ildə müstəqillik qazanan keçmiş Yuqoslaviya respublikasının o gündən bu günə qonşu Yunanıstanla mübahisələri bölgə siyasətinin məhək daşı olub.

Afina və Skopye aralarındakı fərqləri həll etmədən əsrin dörddə birini arxada qoyublar. Xarici dünya isə Makedoniya Respublikasının NATO-ya və Avropa İttifaqına üzv olma müzakirələrinə sədd çəkən mübahisədən bezib.

Mübahisənin məğzi nədir?

Yunanıstan bildirir ki, “Makedoniya Respublikası” yarısından çoxu Yunanıstan ərazisinin bir hissəsi olan bütün Makedoniyanın coğrafi bölgəsini nəzərdə tutur. Bundan başqa, yunanların əksəriyyəti qədim Makedoniya irsinin slavyan-makedon millətçiləri tərəfindən mənimsənilməsinə etiraz edirlər. Onlar üçün Makedoniyalı İsgəndər yunan tarixi şəxsiyyətidir.

Makedoniyanın VMRO-Demokrat Partiyası 2006-cı ildə Skopyedə hakimiyyəti ələ keçirdikdən sonra “antiyunan ” kampaniyasına başlayıb. Baş nazir Nikola Qruyevski paytaxtın mərkəzində Böyük İsgəndərə heykəl də ucaldıb.

Bu, mübahisəni daha da pisləşdirib. Yunanıstan hökuməti Makedoniyanın NATO-ya daxil olmasına veto qoyub, həm də əhalinin əksəriyyəti slavyan olan ölkə vətəndaşlarının danışdığı dilin “makedon” adlandırılmasını “qara siyahı”sına əlavə edib.

Ancaq slavyan-makedoniyalıların da qanuni tələbləri var. Onlar öz müqəddəratını təyin etmək və özləri, dilləri və ölkələrini istədikləri kimi adlandırmaq hüququna malikdirlər. Bolqarıstandan fərqli olaraq, Yunanıstan Makedoniyanın kommunist Yuqoslaviyanın bir hissəsi olduğu zaman bunu etirazla qarşılamayıb və II Dünya müharibəsindən sonra slavyan-makedon dilinin bu cür kodlaşdırılmasına və federal sistem çərçivəsində Makedon xalqının tanınmasına qarşı çıxmayıb. Lakin Yuqoslaviyanın bölünməsindən sonra vəziyyət dəyişib.

Skopye Yunanıstanın şimalındakı etnik makedoniyalıların hüquqlarının müdafiəçisinə çevrilib, halbuki onların əksəriyyəti yunan milli eyniyyətini bölüşürlər.

Amma bu, Yunanıstan kimi güclü hərbi və daha böyük iqtisadiyyata malik olan NATOAvropa İttifaqı üzvünə meydan oxuma sayıla bilməzdi. Əslində, Yunanıstan illər ərzində şimal sərhədində onun əsas ticarət tərəfdaşı və aparıcı investoru olub. Nəhayət, Afina, sabitlik və rifaha doğru vacib bir addım olaraq qonşusunun Aİ-yə qoşulmasında maraqlıdır.


Kompromis

İndi xoş xəbər: irəliləyiş var. İyunun 12-də baş nazir Zoran Zayev yunan vəzifədaşı Aleksis Tsiprasla razılığa gəldiyini açıqlayıb. “Şimali Makedoniya” kompromis adı Yunanıstan üçün güzəşt olacaq.

Skopye həm də vətəndaşlıq məsələsində anlaşıb (Şimali Makedoniya Respublikasının makedon vətəndaşları) və dil (“Makedoniya”). Müqavilənin taleyi Makedoniyada referendumun və Yunanıstan parlamentində səsvermənin nəticələrindən asılıdır.

Bu məsələdə Aİ və NATO-nun rolu şişirdilə bilməz. Zayev hökumətinin Makedoniyanı “Qərb klubları”na üzv edə bilməsi yolu Afinadan keçir. Şimali Atlantik İttifaqına və Aİ-yə qoşulmaq açarı məhz Yunanıstandadır.

28-29 iyun tarixlərində, Avropa Şurasının növbəti dövlət və hökumət başçılarının toplantısında Zayev və Tsipras razılaşmasını təqdim edəcəklər. Hər şey plana uyğun gedərsə, Skopyenin Aİ ilə üzvlük müzakirələri üçün yaşıl işıq yandırıla bilər.

NATO Brüsseldə keçiriləcək növbəti zirvə toplantısına (11-12 iyul) “Şimali Makedoniyanı” dəvət edə bilər (10 il əvvəl Buxarestdə üzvlük təklifinə veto qoyulub). Afina daha sonra ad məsələsinə dair razılaşma ilə birlikdə payızda iştirak protokolunu da təsdiqləyəcək.

Bununla belə, müəmmalar var. Macarıstan baş naziri Viktor Orban indi müxalifətdə olan VMRO-DPMNE-ni uzlaşma ilə mübarizə etməyə çağırıb. O, Qruyevskinin 2015-2016-cı illərin miqrasiya böhranı zamanı Avropanı xilas etdiyini iddia edib, halbuki Qruyevski dövlət vəsaitini mənimsəmə ittihamlı ilə məhkum olunub.

Əslində, VMRO-DPMNE-nin referendumda Zayevi məğlub etməsi çətindir. Hökumətdəki alban partiyaları ilə birlikdə baş nazir müqavilə üçün kifayət qədər dəstək ala biləcək.

Top əsasən Tsiprasın ayağındadır. Müqaviləni təsdiqləmək üçün o, parlamentdə kifayət qədər səs toplaya bilərmi? Əsas müxalifət partiyası “Yeni Demokratiya” (ND), ümumiyyətlə, sazişə qarşı çıxır. “Müstəqil Yunanlar” 2015-ci ildən bu yana Tsiprasın “’Siriza”sı ilə koalisiyadadır və əslində, ND-dən qopmuş fraksiyasıdır.

Bu, baş naziri müxalifətin digər hissəsindən, məsələn, solçu hərəkatın dəstəyindən asılı duruma gətirir. Tsipras ratifikasiya prosesi vasitəsilə prosesə rəhbərlik edərsə, tarixdəki yerini qazanacaq.


Yaxşı xəbər ehtiyacı


Mübahisədə irəliləyiş geosiyasi əks-səda doğurur.

Rəsmi üzvlük zaman tələ etsə də, (Şimali) Makedoniyanın NATO-ya daxil olması Rusiyaya ilə qarşıdurmada Qərbə qələbə qazandıracaq. 2017-ci ilin əvvəlində vətəndaş qarşıdurmasının astanasında olan ölkə, ABŞAvropanın bir-birinin boğazlarından yapışdığı dövrdə Avro-Atlantik birliyin uğurlu hekayəsi ola bilər.

Çernoqoriyanın hərbi ittifaqa qatılmasından bir il sonra bu, rəmzi uduşdur. Aİ-yə üzvlük müzakirələrə daha Fransa və ya Hollandiya etiraz bildirmir.

May ayının sonunda Zayev və Tsiprasla təmasda olmuş Almaniya kansleri Merkel Afina ilə Skopye arasında uzlaşmanı bəyənib.

NATO və Aİ Yunanıstanın konstruktiv mövqeyini dəstəkləyir, lakin müsbət dəyişiklik üçün əsas məsuliyyət Makedoniyanın boynuna qoyulur.

 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar