Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-dan çıxmaq Böyük Britaniyaya 50 mlrd. funt sterlinqə başa gələcək


Böyük Britaniya Avropa İttifaqının tərk etmək üçün 50 mlrd. funt sterlinq və yaxud təxminən 62 mlrd. ABŞ dolları ödəməli olacaq


PİA.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “BBC”-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yalnız bu məbləğ ödənildikdən sonra rəsmi Londona Aİ-dan çıxmağa yekun icazə veriləcək. Həmin vəsait Britaniya hökumətindən bir sıra öhdəliklərin yerinə yetirilməsi, o cümlədən Aİ məmurlarının pensiya ödənişlərinin həyata keçirilməsi məqsədi ilə alınacaq.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-nı tərk etməsi ilə bağlı prosedurlara martın 29-da başlayacaq. Təşkilata ödəniləcək kompensasiyanın məbləği danışıqlarda əsas məsələlərdən biridir. Qarşıdakı 2 il ərzində Britaniyada yaşayan Aİ vətəndaşlarının, eləcə də Aİ ölkələrindən yaşayan Britaniya vətəndaşlarının hüquqlarının təmin edilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməlidir.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dan çıxması ilə bağlı ümumxalq səsverməsi (“Brexit” adlandırılan referendum) 23 iyun 2016-cı il tarixində keçirilib. Referendumun nəticələrinə görə, Britaniya vətəndaşlarının 51,9%-i ölkənin Aİ-nı tərk etməsinə, 48,1%-i, o cümlədən Şotlandiya və Şimali İrlandiyada yaşayanların əksəriyyəti Aİ-da qalmasına səs veriblər.
Bu il martın 13-də Böyük Britaniya parlamenti “Brexit”in icrası ilə bağlı qanun layihəsini qəbul edib. Martın 16-da isə sənəd Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən təsdiq edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar