Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AGBank iki uşağın ağır əməliyyat xərcini ödəyib


Körpələri həyata qaytaran yardım


Ümid ən sonda ölür. Çoxlu problemlə üzləşəndə, çarəsiz duruma düşəndə belə, ümidini üzmürsən, nəsə möcüzə gözləyirsən. 

Yaxşı ki, hələ də cəmiyyətimizdə bu ümidi sönməyə qoymayanlar var. “Umid.az” portalı elə bu məqsədlə - əli hər yerdən üzülmüş insanlara kömək etmək məqsədilə. 

“Ümid.az” saytının rəhbəri İrina Əyyubzadə 10 ildir ki, xeyriyyəçiliklə məşğuldur. Hesab edir ki, hər kəs ətrafındakılara bacardığı qədər yardımçı olmalıdır. Müxtəlif xeyriyyəçilik təşəbbüslərini reallaşdırmaq üçün yeddi ildir ki, dostları ilə birlikdə saytın imkanlarından istifadə edirlər: “Çətin duruma düşmüş insanlar müxtəlif problemlərlə bura müraciət edir. Portalda qeydiyyatdan keçən, müxtəlif yerlərdə işləyən istifadəçilər də onlara yardım əlini uzadırlar. Saytda qeydiyyatdan keçən 200-dən çox  insan bacardığı qədər digərlərinə kömək etməyə çalışır. Hər kəs konkret adam nə qədər yardım edə biləcəyini yazır, çek göndərir”. 

İrina xanımın sözlərinə görə, onlara aztəminatlı ailələrin nümayəndələri, yaxud külli miqdarda pula ehtiyacı olan adamlar yazırlar: “Çox vaxt ailə özü də pul toplayır. Amma bütün  imkanlar tükənəndə artıq bizə üz tuturlar. Biz saytda bu haqda forum təşkil edirik, portaldakı dostlarımız hər kəs bacardığı qədər kömək edir. Bəzən pul verənlər anonim qalmaq istəyirlər. Biz də yardımların toplanıb istiqaməti üzrə xərclənməsinə nəzarət edirik”.  

İndiyədək sayt tərəfindən bir çox yardım aksiyaları təşkil olunub. Məsələn, talassemiyadan əziyyət çəkən Vəzirxan İsgəndərov üçün 60 min ABŞ dolları məbləğində vəsait toplanıb. Bu körpəyə yardım məqsədilə xeyriyyə konsertləri keçirilib, ticarət mərkəzlərində aksiyalar təşkil olunub. 

Bu yaxınlarda isə daha iki körpə saytın vasitəsilə sağlamlığına qovuşub. Bunlardan biri 4 yaşlı Aylin Səmədova  4-cü dərəcəli skaliozdan əziyyət çəkirmiş. Aylinin tam sağalması üçün onun Türkiyədə əməliyyat olunması vacib idi. İrina Əyyubzadənin dediyinə görə, əməliyyat üçün çatışmayan 9 min avro məbləğində vəsait AGBank tərəfindən ödənilib. Artıq Aylin əməliyyat olunub və vəziyyəti yaxşıdır. Balaca qız 10 gündən sonra sapsağlam vətənə qayıdacaq. 

Digər körpə - 2 yaşlı Əli Yusifzadə ürək qüsuru ilə doğulub. Ürəyində 8 qüsur olan bu balaca bir dəfə əməliyyat olunsa da, tam sağalması üçün ikinci ciddi əməliyyata ehtiyac varmış. Üç ayda bir dəfə Bakıya gələn italyan mütəxəssisləri bu mürəkkəb əməliyyatı icra etməyə boyun olublar. Lakin əməliyyat baha olduğundan, ailəsinin buna gücü çatmayıb: “Təsəvvür edin, bilirsiniz ki, övladınızın xəstəliyinin çarəsi var, amma pula görə onu sağalda bilməyəsiniz... Çox çətin durum idi. Əməliyyat üçün 19 min manat lazım idi. Özü də bu pul təcili yığılmalı idi. Çünki əməliyyatı icra edə bilən italyan mütəxəssislərin Bakıda qalması üçün yalnız bir günümüz vardı. Onların növbəti səfərinə kimi Əlinin vəziyyəti daha da pis ola bilərdi. Onun valideynləri az qala ümidlərini üzmüşdülər. Biz forum vasitəsilə dostlarımıza müraciət etdik. Sözün düzü, özümüz də 1 günə bu qədər məbləği tapa biləcəyimizə inanmırdıq”.

İ.Əyyubzadə bildirir ki, bu dəfə də AGBank yardıma gəlib. Lazım olan məbləğin böyük qismi - 17650 manat bank tərəfindən ödənilib. Nəticədə doktor Rəşad Mahmudovun rəhbərliyi ilə italiyalı mütəxəssislərin keçirdiyi əməliyyat uğurla başa çatıb. Əli 3 gün reanimasiyada qaldıqdan sonra artıq onu palataya keçiriblər. Ailə bunu əsl möcüzə kimi qiymətləndirir və bu işdə onlara yardım olanlara, xüsusilə də AGBank rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. İ.Əyyubzadə bildirir ki, məhz bu cür yardımların köməyi sayəsində insanlarda yaşam ümidi, həyat çırağı sönmür. Digər tərəfdən, belə addımlar cəmiyyət üçün örnəkdir və xeyirxahlıq ənənələrinin hələ də mövcud olduğunu sübut edir. Sayt rəhbəri imkanı olan hər kəsi digərlərinin problemlərinə biganə qalmamağa çağırır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar