Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA “hə” desə, Prosineçki gedəcək


"Bursaspor" klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmir


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar"ın prezidenti Ali Ay xorvatiyalı mütəxəssislə hələ də danışıqları davam etdirdiklərini bildirib.

Ay Prosineçki ilə görüşmək üçün Azərbaycana iki nümayəndə göndərdiklərini və ilk danışıqların müsbət nəticələndiyini açıqlayıb. O, hətta Prosineçkinin bu gün Türkiyəyə yollanacağını da istisna etməyib: "Gündəmə gətirilən 20 məşqçidən ikisi Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddir. Azarkeşlərimizin arzuladığı oyunu oynadan, istəkli məşqçidir. Klub rəsmilərindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib".
 
Danışıq üçün hazırda Bakıda olan "Bursaspor"un futbol şöbəsinin müdiri Yüksəl Çolak isə türkiyəli həmkarlarımıza açıqlamasında gecə saatlarında Prosineçki ilə görüşdüklərini söyləyib: "Hələlik danışıq müsbət məcrada gedir. Bizə xoş davrandı, "Bursaspor"a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Federasiya prezidenti ilə görüşəcək, buradakı missiyasının bitdiyini və ayrılmaq istədiyini deyəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq".
 
"Bursaspor" tərəfi Prosineçki ilə ilk görüşdən sonra ümidli görünsə də, xorvatiyalı mütəxəssis saytımıza açıqlamasında onların təklifini rədd etdiyini bildirib. O, DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər Azərbaycan millisinin "sükanı arxası"nda olacağını deyib. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da məlumatı təkzib edib və Prosineçkinin "Bursaspor"a keçidinin qeyri-mümkün olduğunu söyləyib.
 
Qeyd edək ki, "Bursaspor" Hamza Hamzaoğlunun istefasından sonra baş məşqçisiz qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar