Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADU-da dekanların işdən azad olunma səbəbi

“Azərbaycan Dillər Universitetində ciddi və məqsədyönlü islahatlara start verilib. Məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrə nail olmaq, ADU-da tədrisin keyfiyyətini yaxşılaşdırmaq və müasir tələblərə cavab verməsini təmin etmək, universitetin nüfuzunu gücləndirməkdir”


Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri  Araz Ağayev Universitetin 5 fakültəsinin dekanının işdən çıxarılması barədə xəbərə münasibət bildirərkən deyib.

Araz Ağayevin sözlərinə görə, dekanların vəzifədən çıxarılmasına gəlincə, ADU Elmi Şurasının müvafiq qərarına əsasən, universitetin 5 fakültəsində dekan vəzifəsi vakant elan olunub: “Bu zaman qanunvericiliyin bütün tələblərinə riayət olunub. Vakant vəzifələrin tutulması ilə əlaqədar müsabiqə elan edilib və müvafiq elan "Xalq" qəzetinin bugünkü sayında yerləşdirilib. Onu da qeyd edim ki, 5 fakültənin dekanı hələ ki işlərini davam etdirir və istəsələr, dekan vəzifəsinə seçkilərdə iştirak edə bilərlər. Bu seçkilərdə elan olunmuş tələblərə cavab verən istənilən şəxs, o cümlədən xarici vətəndaşların da iştirak hüququ var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar