Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADR-dən Türkiyə-Rusiya gərginliyi ilə bağlı bəyanat


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Türkiyə - Rusiya münasibətlərində yaranmış son gərginliyə dair bəyanat yayıb


PİA.AZ həmin bəyanatı təqdim edir:

"Suriya böhranı və onun ətrafında yaşanan siyasi gərginlik dünya və o cümlədən region dövlətlərini ciddi şəkildə narahat etməkdədir.

İki gün öncə Türkiyə - Rusiya münasibətlərində siyasi qarşıdurmaya səbəb olan təyyarə qalmaqalı bu narahatçılığı daha da artırmışdır.

Suriyada antiterror əməliyyatlarında iştirak üçün İŞID-ə qarşı mübarizə məqsədi ilə Bəşər Əsəd tərəfindən mandat alan Rusiya daha çox öz imperiya və yerli rejimin maraqlarını həyata keçirməyə başlamışdır.

Rus ordusu İŞID - ın mövqelərini deyil Əsəd reyiminə müxalif olan güclərin o cümlədən türkmən əhalisinin yaşadığı əraziləri təyyarələrdən istifadə edərək bəşəri cinayət törətməkdə davam edir. 
İki gün əvvəl növbəti uçuşu həyata keçirən iki rus döyüş təyyarəsi Türküyə dövlətinin sərhəddini pozmuş , dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz əməllərini davam etdirmişlər.

Türkiyə dövlətinin suveren hüquqlarının pozulmasına yönələn bu hərəkətlərə Türkiyə Cümuhiriyyətinin HHQ beynəlxalq hüquq normaları çərçivəsində cavab olaraq təyyarələrdən birini vurmaq məcburiyyətində qalmışlar.

Hadisələrdən sonra RF-nın prezidenti Putin bütün siyasi və diplomatik normaları aşaraqTürkiyə Cümuhiriyyəti ilə hədə dilində danışmağa başlamışdır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hadisələrin belə inkişafının region və dünya üçün təhlükə mənbəyinə çevrildiyindən narahatlığını bildirir, dünyanın mütərəqqi dövlətlərini və beynəlxalq təşkilatlarını gərginliyin artmasına səbəb olan Rusiyaya qarşı təsirli tədbirlər görməyə çağırır və bu proseslərdə haqlı mövqeyə malik qardaş Türkiyənən yanında olacağını bəyan edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar