Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADPU-nun Zaqatala filialında 6000 dollar qovğası - İTTİHAM


Filialın direktoru ilə müavininin Ağdaş sakinindən qəbul adı altında aldığı pulu mənimsədikləri iddia olunur


Bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutu ləğv olunaraq, Azərbaycan Dövlət Pedoqoji Universitetə birləşdirildi. Həmin birləşməyə qədər adı bir çox qalmaqallarda hallanan AMİ-nin hazırda da neqativ işləri gündəmdədir.İnstitutun yerli filiallarında baş verən özbaşınalıqlar, qanunsuzluqların səsi-sorağı isə faktiki olaraq “qulaq deşir”.

Məlumatlarda qeyd olunur ki, ADPU-nun Zaqatala filialında Ağdaş sakininin pulunu mənimsəyiblər. Verilən məlumatlarda qeyd olunur ki, filialın direktoru Orucəli Rzayev müavini Füzuli Səddinovla birlikdə bir neçə vətəndaşı aldadıblar. Aldatma əməliyyatları isə qəbulla bağlı olub. 

JAM.AZ-a verilən məlumatda deyilir ki, Ağdaş rayon sakini İ.Həsənov Orucəli Rzayev və Füzuli Səddinov tərəfindən qeyri-qanuni qəbul adı altında aldadılıb. Belə ki, ondan bu məqsədlə 6000 dolar pul alınıb. Lakin işi reallaşdıra bilmədiklərindən həmin pulu geri qaytarmaq məcburiyyətində qalıblar. Amma bu günə qədər pulu geri verə bilmirlər. Düzdür, İ.Həsənova vəd veriblər ki, aldıqları pulu geri qaytaracaqlar. 

Ancaq mənbələr vurğulayırlar ki, aldadılanlar sırasında İ.Həsənov yeganə şəxs olmayıb. Qeyri-qanuni qəbul, testdən kənar tələbə adını vermək üçün vəd olunanların valideynləri məsələnin üstü açıldıqdan sonra ADPU-nun Zaqatala filialının binası önünə toplaşaraq, pullarını geri istəməyə başlayıblar. Vəziyyətin belə şəkil aldığını görən, Rzayevin şəkəri qalxıb və halı pisləşib. Çünki ortada heç də kiçik rəqəmlərlə ifadə olunmayan məbləğdən söhbət gedir. Həmin pulu isə geri qaytarmaq onlar üçün mümkünsüz işə çevrilib.

Məlumata görə, işin ilginc tərəfi odur ki, artıq məsələnin səs-sorağı hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb. Hətta belə bir söhbət də dolaşır ki, yaxın günlərdə ADPU-nun Zaqatala filialında yoxlamalar başlayacaq. Həmin yoxlamaların sonucu isə Orucəli Rzayevlə Füzuli Səddinovun həbsinə səbəb ola bilər. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar