Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ADNSU-ya yeni prorektor təyinatı olub


Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub


Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.  

ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu Universitetin əməkdaşlarına təqdim edib. 

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

pia.az
Etiket:
loading...