Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AB Rusiyaya qarşı sanksiyaların müddətini uzada bilər


İttifaq daxilində ikitirəlik yaranıb; əksər ölkələr sanksiyaların müddətinin artırılmasını dəstəkləyir, amma...


Avropa Birliyi (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzada bilər. Bununla bağlı artıq qurum daxilində müzakirələr başlayıb. Sanksiya müddətinin uzadılması ilə bağlı AB daxilində ikitirəlik yaranıb.

İttifaqa daxil olan ölkələrin əksəriyyəti sanksiyaların uzadılmasını dəstəkləyirsə, bir sıra dövlətlər bunun əleyhinədir. Britaniya, İsveç, Polşa, Baltikyanı ölkələr müddətin uzadılmasının lehinə, Macarıstan, Yunanıstan, Kipr, Slovakiya, İtaliya kimi dövlətlər isə əleyhinədir.

Politoloq Qabil Hüseynli Rusiyaya qarşı tətbiq edilən sanksiyaların faydalı olduğunu düşünür: “Əvvəlki təlatüm artıq yoxdur. Rusiyada rublun devalvasiyası həyata keçirilməsə də, inflyasiyaya narazılıq yüksək səviyyədədir. Rubl dollar və avronun qarşısında hələ də dəyərini itirməkdə davam edir. Baxmayaraq ki, neftin qiymətində qalxmalar var. Deməli, sanksiyalar böyük səmərə verir. Onun davam etdirilməsinə ehtiyac var. Amma Rusiya bu müddətdə boş dayanmayıb. Avropa ölkələri arasında ikitirəlik yaratmaq üçün xeyli iş aparıb. Fransa, İtaliya, Çexiya, Belarusiya və digər ölkələrlə ciddi işlər aparılıb. Bunlar da özü bəhrəsini verməkdədir. Fransa özünü çox qabağa verməsə də, digər üç ölkə öndədir. Bu ölkələr sanksiyaların dayandırılması üçün ciddi cəhdlər göstərirlər. Amma düşünmürəm ki, sanksiyalar dayandırılacaq. ABŞ sanksiyaların uzadılmasının tərəfdarıdır. AB-ə daxil olan ölkələrin böyük əksəriyyəti sanksiyaların davam etdirilməsini istəyir. Bu baxımdan sanksiyaların uzadılması ehtimalları kifayət qədər yüksəkdir. Bütün bunlar bir yana, son zamanlar NATOABŞ ilə Rusiya arasında ciddi gərginlik yanaşır. NATO Rusiyanın Baltik dənizdən tutmuş digər ərazilərə qədər olan yerlərində qüvvələr yerləşdirir. Amerika da boş dayanmayıb. Gürcüstandakı son hərbi təlimlər onu göstərir ki, Amerikanın burada hərbi bazası yerləşdirilib. Gürcüstan açıq şəkildə bəyan etdi ki, ABŞ-la daha irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Burada hava və dəniz qüvvələrindən istifadə ediləcək. Bu məqsədlə Batumi Dəniz Limanının yenidən qurulması prosesi başlayıb. Bütün bunlar Amerika vəsaiti hesabına həyata keçirilir. ABŞ-ın dövlət katibi Con Kerri açıq şəkildə bildirib ki, NATO-ya daxil olmaq Gürcüstanın haqqıdır və onlar bu haqdan yəqin yararlanacaqlar. Monteqoradan sonra Gürcüstanın NATO-ya daxil olması real görünür. Kerri Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdiyini söyləyib. Ukrayna ilə bağlı da bəyanat səsləndirilib. 

Bu ölkəyə də yeni növ silahların göndərilməsi prosesi başlayıb. Üstəlik, Ukraynanın sona qədər dəstəklənəcəyi barədə ABŞNATO bəyanat verib. Bunları nəzərə alaraq, demək, mümkündür ki, Rusiya-NATORusiya-ABŞ münasibətləri gərginləşməkdə davam edir. Əksər politoloqlar bu gərginliyin davam edəcəyi qənaətindədirlər. Rusiya əzələ nümayiş etdirməyə cəhd edəcəksə, Amerika tərəfdən təpki alacaq. Onun ambisiyalarının qarşısı alınacaq. Belə bir şəraitdə sanksiyaların işlənməsinin vacibliyi də göz önünə çıxır. Deməli, sanksiyalar davam etməlidir”.

Politoloq sanksiyaların uzadılacağı təqdirdə yaranacaq növbəti gərginlikdən də söz açdı: “Artacaq gərginliyə görə sanksiyaların götürüləcəyini zənn etmirəm. Dünya ölkələri, xüsusilə NATO dünyanı qarşısına almaq istəyən bir ölkəni ram etməyə çalışırlar. Rusiya hərbi büdcəni xeyli artırıb. Dünyanın bir sıra ölkələrinə qarşı beynəlxalq hüquq normalarına zidd hərəkətlər edir. Bunun qarşısını almaq üçün də Amerika müəyyən addımlar atır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar