Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ “Yahoo” barədə təhqiqat aparır


ABŞ dövlət orqanları istifadəçilərə aid şəxsi məlumatların yayılması ilə əlaqədar 2 faktla bağlı “Yahoo” barədə təhqiqat aparır


 Lent.az-ın “The Wall Street Journal”  nəşrinə istinadən verdiyi xəbərə görə, təhqiqatı aparan ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası ötən ilin dekabrında “Yahoo”dan müvafiq sənədlər tələb edib. Komissiya şirkətin qanunazidd hərəkət edib-etmədiyini müəyyənləşdirmək istəyir. Komissiya hesab edir ki, şirkət məlumatların internetə sızması və kibertəhlükəsizlik sahəsində problemlə bağlı dərhal sərmayədarları xəbərdar etməli idi.   
 
Təhqiqat 2014-cü ildə 500 milyon istifadəçinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlıdır. Lakin şirkət bu barədə informasiyanı  2016-cı ilin sentyabrında açıqlayıb. “Yahoo” bu faktı 2 il gizlətməsinin səbəbini izah etməyib. Daha bir analoji hadisə 2013-cü ildə baş verib və təxminən 1 milyard istifadəçiyə aid məlumatlar internetə sızıb.
 
Qeyd edək ki, “Yahoo”nu 4,83 milyard dollara satın almaq üçün razılaşan “Verizon”un istifadəçi bilgilərinin iri miqyaslı sızıntısı ilə əlaqədar sövdələşmədən vaz keçə biləcəyi barədə xəbər yayılıb. 

pa.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar