Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və dünya mətbuatı Donald Trampın qələbəsini həzm edə bilmir

Dünya mediası Donald Trampın prezident seçkilərində heyrətamiz qələbəsini müzakirə etməkdə davam edir


Musavat.com xarici mətbuata istinadən Qərb KİV-ində mövzu ilə bağlı çıxan fikirləri təqdim edir.

Qərbin bir çox mətbuat orqanları səsvermənin nəticələrini “konstitusiya və demokratiya üçün faciə” hesab edib.

Ümimilikdə isə ABŞ-ın Fox TV, USA Today kimi mühafizəkar televiziya və qəzetlərini çıxsaq, Qərb mediasının Trampın qələbəsinə münasibətləri olduqca neqativdir.



The Washington Times qəzeti iqtisadi problemlərin amerikalıların canlarını boğazına yığdığını, habelə Vaşinqtonda oturanların xalqla bağlarının kəsildiyini qeyd edib. Qəzetin fikrincə, məhz bu səbəbdən insanlar özlərinə yaxın bildikləri bir iş adamını seçərək, onu Ağ Evə rəhbərlik etməyə yollayıblar. 

Qəzet Trampın qələbəsini ölkənin siyasi tarixinin ən böyük sarsıntısı adlandırıb. Qəzetə görə, bu qələbə Vaşinqtonun siyasi isteblişmentini (siyasi elitar təbəqələr-red.) kökündən dəyişə bilər. “Bu qələbə habelə Barak Obamaya və onun proqramına bir təpkidir”,- qəzet yazıb.

ABŞ-ın The New Yorker qəzeti isə Trampın qələbəsini ABŞ respublikaçılığı, onun konstitusiyası üçün böyük faciə adlandırıb.
 
Qəzetin fikrincə, bu qələbə həm daxildə, həm də xaricdə şovinizm, avtoritarizm, seksizm və rasizm mövqelərində duran qüvvələrin zəfəridir. “Trampın şokedici qalibiyyəti ABŞ tarixinin və liberal demokratiyanın iyrənc hadisəsidir”,- qəzet yazıb.


 
Böyük Britaniyanın Financial Times  qəzeti Trampın bütün dünyanın ən iri sərmayədarlarının gözlədiyinin əksinə, Hillari Klinton üzərində qələbə qazanaraq “Amerikanı yenidən böyük edək” şüarı ilə siyasi isteblişmentə meydan oxuduğunu yazıb.

“Konressdə də respublikaçıların üstünlüyünü nəzərə alsaq siyasi autsayderin qələbəsini maliyyə böhranından sonra qlobalizasiya xətti götürmüş Barak Obamanın qoyduğu mirasdan imtina olunması kimi başa düşmək olar”,- qəzet yazıb.

Böyük Britaniynın “The Times” nəşri isə Klinton tərəfdarlarının demokrat namizədin şəxsi keyfiyyətlərinə güvənərək qalib gələcəyinə ümid etdiyini qeyd edib. “Lakin Klintonun bir siyasətçi kimi çatışmazlıqları, Donald Trampın bir sıra kritik ştatlarda qalib gəlməsinə, hətta demokratların “ərazisinə” daxil olmasına imkan verdi”- qəzet yazır.

Qəzetin fikrncə, Trampın bir çox  məsələlərə olduqca ehtiyatla yanaşan Klintona tam əks xarakterə malikdir. “Seçicilər xoşlarına gəlib-gəlməməsinə baxmayaraq, Trampı daha gerçəkçi hesab etdilər”,- qəzet qeyd edib.




“The Guardian” isə fond birjalarının Trampın qələbəsindən olduqca gərgin olduğunu bildirir. Onlar Trampın iqtisadiyyatı necə idarə edəcəyini, büdcəni necə tərtib edəcəyini, beynəlxalq arenada hansı tərzdə davranacağını bilmirlər”,- qəzet yazır.


 
Fransanın “Le Monde” nəşri Trampın qələbəsini Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Breksit-red.) ilə müqayisə edib.

“Trampnın xarici siyasətlə bağlı konkret proqramının olması barədə heç nə məlum olmasa da o, öz çıxışlarında beynəlxalq münasibətlərdə rəhbər tutacağı prinsipləri artıq bəyan edib. Donald Tramp Breksiti dətstəkləməklə bərabər Avropa Birliyni tənqid etməsi, habelə qoca qitənin ABŞ-ın çətiri altında durmaqdansa öz başının çarəsinə baxması gərəkdiyini dəfələrlə dilə gətirib.

Donald Tramp Corc Buşun dövründən bu yana tətbiq olunan, ABŞ-ın digər ölkələrin daxili işlərimnə qarışmaq və hərbi əməliyyatlar aparmaq siyasətindən vaz keçmək istəyir.

Xarici siyasətlə bağlı ən böyük müəmma isə onun Rusiya ilə quracağı münasibətlərdir. Tramp Putinin Barak Obamadan daha yaxşı prezident adlandırmaqdan çəkinməyib”,- Le Monde qeyd edib.

Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti Trampın prezident kimi fəaliyyətinin necə olacağının hələ bilinmədiyini yazıb.

“O tez-tez tərəfdarlarına bol-bol vədlər verir. Lakin onun Meksika ilə sərhəd boyu 3 min km-lik divar hörəcəyi barədə vədi hələ açıq qalır. 

Bundan başqa, Tramp prezident Barak Obamanın gətirdiyi səhiyyə islahatı proqramını (Obamacare) ləğv edəcəyini söyləyir. Artıq silah sahibləri də silah satışı ilə bağlı qanunvericiliyin sərtləşdirilməyəcəyindən arxayın ola bilərlər.

İqtisadi planda isə Tramp proteksionizm (yerli iqtisadiyyatı qorumaq) xəttini yürüdəcək. Bu çərçivədə azad ticarətlə bağlı müzakirələrə son verilməsi gözlənilir.

Bir şey aydındır: dünyanı böyük dəyişiklikər gözləyir. ABŞ seçkiləri dünya siyasətinə qaranlıq mənzərə bəxş etdi”- alman qəzeti bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar