Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Türkiyənin viza savaşı - Nəticə nə olacaq?


Politoloq: “ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qərarı bütün hallarda çox yanlış, ədalətsiz və anlaşılmaz qərardır”


“Əslində ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinin üzdə görünən bəhanəsi ABŞ vətəndaşının həbsi göstərilsə də, məsələ Yaxın və Orta Şərqdə cərəyan edən son və həlledici proseslərlə bağlıdır”.

Bu sözləri politoloq Nəsimi Məmmədli ABŞ və Türkiyənin qarşılıqlı olaraq viza verilməsini dayandırıması məsələsini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Belə ki, srağa gün ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb. Vaşinqton bu qərarı Türkiyədə ABŞ baş konsulluğu əməkdaşını həbs etməsinə cavab olaraq. Qeyd edə ki, Türkiyə tərəfi ABŞ Baş konsulluğunun əməkdaşı Metian Topuzu “konstitusiyanı pozmaq”da və “Türkiyə Respublikası hökumətini yıxmaq cəhdi göstərmək”də ittiham edirlər. İstintaqın məlumatına görə, həbs olunan konsulluq əməkdaşı ABŞ-a sığınmış vaiz Fətulla Gülən tərəfdarı hüquq-mühafizə orqanları əməkdaşları ilə əlaqədə olub. ABŞ-ın Türkiyə səfirliyindən verilən açıqlamada bildirilir ki, , qiymətləndirmə prosesində səfirliklərə və konsulluqlara ziyarətçilərin sayını minimuma endirmək üçün Türkiyədəki bütün ABŞ diplomatik nümayəndəliklərində qeyri-miqrant viza xidmətlərinin dayandırıldığı bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı qeyd olunub.

Vaşinqtonun bu qərarına qarşı Ankara da “güzgü əksi” tədbiri seçib və adekvat olaraq ABŞ vətəndaşlarına Türkiyə səfirliyində viza verilməsi dayandırılıb. Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter” səhifəsində yerləşdirilib. Açıqlamada qeyd olunur ki, Birləşmiş Ştatlardakı Türkiyə səfirliyinə və konsulluğuna gələn ziyarətçi sayının azaldılması üçün Türkiyənin ABŞ-da olan bütün diplomatik missiyalarda ABŞ vətəndaşları üçün vizaların verilməsi proseduru dayandırılıb.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı ilə politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

Картинки по запросу nəsimi məmmədli

Nəsimi Məmmədli: “ABŞ bu regionda mövcudluğunu saxlamaq üçün yanlış olaraq kürd terror qruplaşmalarını silahlandırmaqla NATO-da müttəfiqi olan Türkiyəni qarşısına aldı.”.


ABŞ-ın bu qərarının AKP iqtidarına qarşı deyil, bütövlükdə Türkiyə cəmiyyətinə qarşı yönəldiyini vurğulayan politoloq Nəsimi Məmmədli qeyd edib ki, əgər viza verilməsinin dayandırılması Ərdoğan iqtidarının daxili siyasəti və diplomatik toxunulmazlığa sahib olan ABŞ vətəndaşının həbsi səbəb kimi göstərilirsə, o zaman bu sanksiyanın AKP üzvlərinə qarşı tətbiq edilməsi daha anlaşılan olardı:

ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qərarı bütün hallarda çox yanlış, ədalətsiz və anlaşılmaz qərardır. Maraqlıdır ki bu qərar AKP iqtidarına qarşı deyil, bütövlükdə Türkiyə cəmiyyətinə qarşı yönəlib. Əgər Ərdoğan iqtidarının daxili siyasəti və ABŞ vətəndaşlarının həbsi səbəb kimi göstərilirsə, o zaman bu sanksiya AKP üzvlərinə qarşı tətbiq edilsəydi, daha anlaşılan olardı. İndiki halda birbaşa sadə vətəndaşları hədəf alan bu qərara haqlı olaraq Türkiyənin bütün müxalif kəsimindən, vətəndaş cəmiyyətindən və mediasından çox ciddi etirazlar gəlməkdədir. 

Təsadüfi deyil ki Türkiyə iqtidarının da ABŞ vətəndaşlarına qarşı eyni cür davranmasını Türkiyə cəmiyyətin bütün kəsimi haqlı hesab edərək dəstəkləməkdədir. ABŞ-ın bu yanlış qərarı Türkiyə cəmiyyətini “15 iyul çevrilişi”ndə olduğu kimi sanki yenidən səfərbər etdi. Heç şübhəsiz ki regionun hazırkı hərbi-siyasi durumunda bu qərarlar ikitərəfli əlaqələrə müəyyən zərər verə və qarşılıqlı itkilərə səbəb ola bilər. 

Əslində ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinin üzdə görünən bəhanəsi ABŞ vətəndaşlarının həbsi göstərilsə də, məsələ Orta Şərqdə cərəyan edən son və həlledici proseslərlə bağlıdır. Artıq Türkiyə də çağdaş qlobal və regional güclərin davrandığı kimi öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etmək istiqamətində ciddi addımlar atır. Rusiyaİranla əldə edilən razılaşma əsasında Suriyanın İdlib bölgəsinə ordu hissələrini yerləşdirir. Bu addım ABŞ-ın maraqları ilə uzlaşmadığından onun razı qalmayacağı gözlənilən idi. İndi regionda hərbi-siyasi tarazlıq ABŞ-ın zərərinə inkişaf edir. ABŞ bu regionda mövcudluğunu saxlamaq üçün yanlış olaraq kürd terror qruplaşmalarını silahlandırmaqla NATO-da müttəfiqi olan Türkiyəni qarşısına aldı.
Əgər son günlərin bir neçə diplomatik səfərlərini analiz etsək məsələ xeyli aydınlaşacaq. Sentyabrın sonunda Rusiya prezidenti Putinin Ankaraya rəsmi səfəri və danışıqlarda əsas məsələnin Suriya böhranının nizamlanması, Şimali İraq, habelə Türkiyənin Rusiyadan S-400 raketlərini uyğun şərtlərlə alması ətrafında aparıldığına dair oldu. 

Nəsimi Məmmədli: “Suriyada maraqları olan region dövlətlərinin hər üçünün - Türkiyə, İranSəudiyyə Ərəbistanı, habelə Rusiya arasında konkret razılaşmaların olduğu istisna deyil”.


Tarixində ilk dəfə idi Rusiyaya 3 günlük rəsmi səfərə gedən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Rusiya prezidenti Putinlə görüşü çərçivəsində 14 müxtəlif sənədə imza atmaqla yanaşı, Suriya böhranı ətrafında da müzakirələr apardı. Xüsusilə də Suriyanın müxalif qruplarının bir araya gətirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının təşəbüsslərinin dəstəkləndiyi və davam etdirilməsinin vacibliyi qeyd edildi. 

Suriyada maraqları olan region dövlətlərinin hər üçünün - Türkiyə, İranSəudiyyə Ərəbistanı, habelə Rusiya arasında konkret razılaşmaların olduğu istisna deyil. Təsadüfi deyil ki Səudiyyə kralının Rusiyanı ziyarəti başa çatdıqdan qısa müddət sonra Türkiyə ordusu Suriyaya daxil olduğunu açıqladı. Regiondakı mövcud durumda ABŞ-ın rolu və bu razılaşmalarda maraqlarının təminatı hələlik çox qeyri-müəyyən görünür. Orta Şərqdə cərəyan edən proseslərə baxdıqda ABŞ-ın Türkiyəyə qarşı atdığı addımların gerçək səbəbləri aydın olur. Olayların hansı nəticələrə səbəb olacağını konkret proqnoz etmək çətin olsa da, bəzi ehtimalları söyləmək olar. 

Suriyada ABŞ-Türkiyə hərbi-siyasi qarşıdurmasının olacağını zənn etmirəm. NATO çərçivəsində də əməkdaşlıq öncəki şəkildə davam edəcək. ABŞ-ın Türkiyədəki “İncirlik hərbi bazası”ndan çıxarılacağı da inandırıcı deyil. Ən yüksək səviyyədə ABŞ-Türkiyə dialoquna və diplomatik yollarla böhranın yoluna qoyulacağına ümid edirəm. ABŞ-ın məhz viza məsələsini təzyiq kimi istifadə etməsi onun Türkiyə ilə hərbi-siyasi qarşıdırmada maraqlı olmadığını ifadə edir. Sadəcə olaraq Türkiyə iqtidarına qarşı ölkə daxildə iqtisadi-siyasi təzyiqlərin artacağı istisna deyil. Hələlik bu məsələdə müxalifətin yanaşması iqtidarla üst-üstə düşsə də, bir müddət sonra tənqidlər sərtləşəcək. Yəqin ki müxalifət bu durumdan yararlanmağa cəhd edəcək.

Son olaraq deyə bilərəm ki Türkiyənin Şimali İraqda mövcud olan “ Kürdüstan” probleminə ən yaxşı və itkisiz çözümü məhz Suriyadadır. Odur ki Suriya məsələsində əzəli müttəfiqləri ilə münasibətlərdə yaranacaq soyuqluqdan çəkinməməli və bu siyasəti sondək davam etdirməlidir. İraqın bütövlüyü məsələsi də, Türkiyənin milli təhlükəsizliyi də hazırda Suriyada həll edilir. Qərb və Türkiyə nəzərə almalıdır ki, onların münasibətlərinin daha da kəskinləşməsində maraqlı olan güclü kənar qüvvələr də var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar