Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiyanın virtual məkandakı savaşı şiddətlənir


ABŞ Nümayəndələr palatası “Rusiyanın başqa xalqlar və ölkələr üzərində gizli təsiri”nə qarşı mübarizə ilə bağlı xüsusi komitənin yaradılması barədə qanun layihəsini qəbul edib


Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu komitə Rusiyanın siyasi elitası və ya onun etibarlı şəxsləri tərəfindən həyata keçirilən korrupsiya, aldatma, insan hüquqlarının pozulması” kimi faktların aşkara çıxarılması və analizi ilə məşğul olacaq.

Qərb analitiklərinin fikrincə, Konqres tərəfindən qəbul edilən bu sənəd ABŞ-ın yeni seçilən prezidneti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaqla bağlı niyyətlərinə tam ziddiyət təşkil edir.

Nümayəndələr Palatası daxilində belə bir strukturun yaradılması ABŞ xüsusi xidmət orqanları üçün 2017-ci ilə nəzərdə tutulan büdcə layihəsinin müzakirələri zamanı məlum olub.

 Qanun layihəsi 390 səslə qəbul edilib. İlin sonuna qədər qanunun prezident tərəfindən imzalanacağı gözlənilir.

Sənəddə yeni strukturun hədəfləri və məqsədi, habelə kimlərdən ibarət olacağı barədə ətraflı informasiyalar yer alıb.

Qanuna görə, yeni qrup Milli Kəşfiyyat, Dövlət Departamenti, Müdafiə nazirliyi, Maliyyə nazirliyi, Ədliyyə nazirinin ofisi, FTB və Energetika nazirliyindən cəlb edilən mütəxəssislərdən təşkil ediləcək.

Komitə Rusiya hakimiyyət orqanlarının dünyada baş verən siyasi proseslərə təsir göstərməklə bağlı fəaliyyəti barədə Konqres üzvləri qarşısında hər il hesabat verəcək.

Yeni struktur Rusiyanın siyasi proseslərə gizli təsirlərini ifşa etməklə yanaşı, illik müqayisəli təhlillər apararaq, yeni tendensiyaları izləyəcək və buna qarşı görüləcək tədbirlər barədə xüsusi rəy tərtib edəcək. 

Qanun layihəsi Rusiya diplomatları üçün də məhdudiyyətləri nəzərdə tutur. Belə ki, layihəyə görə diplomatlar FTB direktorunun icazəsi olmadan səfirlik və konsulluqların yerləşdiyi binalardan 50 mildən çox uzaqlaşa bilməzlər. Yeni qaydalar qanunun “Rusiya Federasiyasının ABŞ-a akkreditə olunmuş diplomat və konsullarının hərəkətlərinin məhdudlaşdırılması” bölümündə əks olunub.

Qanun layihəsini də respublikaçı Riçard Berr tərəfindən hazırlanaraq irəli sürülməsi təsadüfi deyil.
 
Çünki Trampın Rusiya ilə yaxınlaçma niyyələtri bir çox respublikaçı siyasətçi tərəfindən az qala süngü ilə qarşılanır.

Mətbuat hələ prezident seçkilərindən qabaq Donald Trampın və onun bəzi komanda üzvlərinin Kremllə əlaqələrdə ittiham edildiyini xatırladır. Rusiya hakerlərinin son seçkinin nəticələrinə təsir etdiyi barədə söz-söhbətlər isə hələ də səngimək bilmir.
.
Müşahidələr onu göstərir ki, ABŞ qanunvericilərinin Rusiyanın siyasi təsir vasitələrindən gələ biləcək təhdidlərdən qorxmaq üçün tam əsasları var.

“Bloomberg”-in kiber təhlükəsizliklə  məşğul olan FireEye Inc. Şirkətinə istinadən verdiyi məlumata görə Rusiya xüsusi xidmət orqanları ABŞ-ın siyasi təşkilatlarının məlumat bazalarının sındırılması və sonradan ictimaiyyətə sızdırılması ilə bağlı mütəşəkkil haker hücumları həyata keçirirlər. 

Şirkət rəhbəri Devid DeUoltun firkincə, oğurlanan materiallar sonradan olmayan şəxləsrin adından, saxta internet səhifələrinə yerləşdirilərək ictimai rəyin istənilən istiqamətdə yönəldilməsi və idarə olunması məqsədilə yayılır.

Rusiya artıq kiber dövlət olaraq tamam başqa səviyyədədir. Prezident seçkilərindən sonra isə Rusiyanın bu sahədə öz aktivliyini azaldacağını söyləmək mümkün deyil. Bu isə Tramp administrasiyasının qarşısında böyük bir təhdid deməkdir”,  -DeUolt qeyd edib.

The Times –ın yazarı Debora Heynsin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Corc Brennan da Rusiyanın kiber hücumlar və yalan informasiyalar yaymaqla siyasi prosesləri istədiyi məcrada istiqamətləndirmək siyasətini yürütdüyü barədə yeni seçilən prezidnet Donlad Trampa xəbərdarlıq edib.

Britaniyanın “Qardian” qəzetinin yazarı Spenser Akerman isə ABŞ Senatının kəşfiyyat üzrə komitəsinin 7 üzvünün əlində Rusiyanın prezident seçkilərinə qarışdığı barədə mötəbər və gizli məlumatın olduğunu yazıb.

Qeyd olunur ki, Rusiya kəşfiyyat orqanlarının siyasi təsir və təbliğatına qarşı qurulan bu cür strukturlar artıq demokratik dünyanın başqa dövlətləri tərəfindən də yaradılıb. Bu ilin oktyabr ayında Çexiya daxili işlər nazirliyi daxilində Rusiyanın ölkədə ictimai rəyə müdaxiləsi ilə mübarizə ilə bağlı xüsusi komitə yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar