Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya arasında diplomatik savaş davam edir: Dalandan çıxış yolu varmı?


Adgözəl Məmmədov: “ABŞ və Rusiya arasında olan gərginlik qlobal toqquşma kimi özünü təzahür edir. Bu qlobal toqquşmanın təsirləri Koreya yarımadası, Orta Şərq və digər bölgələrdə özünü göstərir”


“Bu dalandan çıxış yolu varmı? Bu sualın cavabı təbii ki, Koreya, Suriya və digər geosiyasi münaqişələr öz həllini tapandan sonra tapılacaq”.

Bu sözləri politoloq Adgözəl Məmmədov ABŞ-Rusiya münasibətlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar ABŞRusiya diplomatik gərginliyi, daha doğrusu diplomatik savaşı bütün dünyanın diqqət mərkəzindədir və iki ölkə arasında “cavaba-cavab” prinsipi ilə diplomatik qadağaların tətbiqi hazırda beynəlxalq təhlükəsizliyin problemlərindən biri kimi meydana çıxıb. İki ölkə arasında gərginlik və münaqişə Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində separatçı qurumlar yaratmasından sonra başladı. Daha sonra isə Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi gündəmi durmadan məşğul etməyə başladı. Hələ də davam edən bu mübahisədə ilk diplomatik qadağa prezident postunu tərk edən Barak Obamadan gəldi. Rusiyaya qarşı yeni sanksiya tətbiq edən Obama 35 Rusiya diplomatını ölkədən sürgün etdi və Rusiya səfirliyinin Nyu-York və Merilend şəhərlərindəki şəhərkənarı istirahət evlərini bağladı. 

Yeni seçilmiş prezident Trampın bu sanksiyaları ləğv edəcəyini düşünən Rusiya prezidenti Vladimir Putin diplomatik qaydalara uyğun olaraq, ABŞ-ın bu addımlna adekvat cavab vermədi. Lakin Putinin gözləntilərinin əksinə olaraq, ABŞ konqresi Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin araşdırılmasını daha da dərinləşdirdi və bu fonda Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq olundu. Trampın gücsüzlüyünü görən Putin ABŞ-a adekvat cavab vermək qərarına gəldi və avqust ayında ABŞ-ın Rusiydakı diplomatik korpusunun sayını 755-dən 455-ə endirdi. Bu, Rusiyanın ABŞ-da fəaliyyət göstərən diplomatik korpusunun sayına bərabər idi. Həmçinin Kreml ABŞ səfirliyinin Moskvadakı anbarının istifadəsinə qadağa qoydu. Moskvanın ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaltmasına, səfirliyin Moskvadakı anbar obyektlərindən və səfirin bağ evindən istifadəsinin dayandırmasına reaksiya verən ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Moskvanın bu addımına çox təəssüf etdiyini bildirdi. Dövlət Departamenti isə Moskvanın bu addımını “insafsız addım” adlandırdı və müvəqqəti olaraq Rusiya vətəndaşlarına viza verilməsini dayandırdı.

Təqribən 3 həftədən sonra Dövlət Departamenti ABŞ-ın Rusiyada 3 Baş Konsulluğunun fəaliyyət göstərdiyini əsas gətirərək Rusiyanın ABŞ-da fəaliyyətə olan 4 Baş Konsulluğundan biri olan San-Frasisko konsulluğunu bağladı və bir gün sonra konsulluqda aparılan axtarışlar Rusiyanın ciddi etirazlarına səbəb oldu. 

Buna cavab olaraq, Çində səfərdə ikən jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin bildirdi ki, RusiyaABŞ diplomatik korpuslarının sayı adekvat deyil və ABŞ-da fəaliyyət göstərən 455 diplomatın 155-i BMT-də çalışır. Bununla da Rusiya prezidenti ABŞ-ın Rusiyada olan diplomatik korpusunun sayının 300-ə qədər endirilə biləcəyinə işarə vurdu. Dünən isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi ki, Moskva ABŞ-la diplomatik misisyasını paritet əsasında quracaq. Rusiyanın “Kommersant” qəzeti isə dünən Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə əsasən xəbər verdi ki, ABŞ-ın Moskvadakı və digər şəhərlərdəki diplomatik missiyasının fəaliyyəti və hərəkət dairəsi məhdudlaşacaq. Daha sonra isə Rusiya Xarici İşlər Nazirliyi “Kommersant” qəzetinin məlumatını təsdiqlədi və ABŞ diplomatlarına bir sıra məhdudiyyətlər tətbiq olunacağı bildirildi. Diplomatik qaydalara əsasən faktiki olaraq belə bir qərar ancaq dost olmayan ölkələrin diplomatik missiyasıına qarşı tətbiq olunur. İki ölkə arasında münasibətlərin bundan aşağı olması isə faktiki olaraq diplomatların geri çağrılması və diplomatik əlaqələrin qapanmasıdır.

Rusiyanın bu addımına münasibət bildirən Dövlət Departamenti isə bildirib ki, bundan sonra qarşılıqlı cavab prinsipi ilə davranmaq doğru deyil və ABŞRusiyanın diplomatik missiyaları arasında paritet demək olar ki, mövcuddur. 

Göründüyü ki, ABŞRusiyanın bir-birilərinə qarşı “gözə-göz, dişə-diş”prinsipi ilə davranmaları artıq hər iki ölkəni dalana dirəyib. Bundan sonra atılacaq addımlar iki ölkə arasında diplomatik münasibətlərin durdurulmasına aparmaqdadır. Bəs RusiyaABŞ arasında diplomatik gərginlik iki ölkənin siyasi kursuna və beynəlxalq siyasətə necə təsir edir?  Faktiki olaraq, “gözə-göz, dişə-diş” prinsipi ilə davranan Vaşinqton və Moskvanın bu siyasəti dünyanı hara apara bilər? Dalandan çıxış yolu varmı?

PİA.AZ-ın əməkdaşı bu suallarla və ABŞ-Rusiya münasibətlərinin siyasi sferada beynəlxalq siyasətə təsiri ilə bağlı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adgözəl Məmmədova müraciət edib.

Image result for adgözəl məmmədov

Adgözəl Məmmədov: “Qlobal toqquşmanın görünən tərəflərindən biri də diplomatların “arzuolunmaz” şəxslər elan olunmasıdır”.


ABŞ-Rusiya münasibətlərindəki gərginliyin beynəlxalq siyasətə mənfi təsir etdiyini bildirən politoloq Adgözəl Məmmədova görə, bu toqquşmanın nəticələri Koreya yarımadası, Orta Şərq və digər bölgələrdə baş verən proseslərdə görünür:

ABŞ-Rusiya münasibətlərində baş verən diplomatik böhran Donald Tramp ABŞ prezidenti seçilənə qədər artıq başlamışdı. Əsasən də ABŞ-ın xüsusi xidmət orqanları Rusiya diplomatlarını Amerikanın daxili işlərinə qarışmaqda ittiham edirdilər. Eyni zamanda Obama dövründə rus diplomatlarının persona non-qrata elan edilməsi prosesin “gözə-göz, dişə-diş” prinsipi ilə həyataq keçirilməsinə start verdi. Hətta Trampın prezidentliyinin ilk dövrlərində Tramp komandasının o dövrkü hərbi işlər üzrə müvəkkilinin Rusiya səfirliyi ilə danışıqları üzə çıxmışdı və bu konstektə Rusiya diplomatlarının əksəriyyəti Amerika tərəfindən “arzuolunmaz şəxslər” kimi elan edildi.

Düzdür, Rusiyanın cavabı 6 aydan sonra oldu, amma bu cavab iki ölkə arasındakı diplomatik gərginliyi pik həddinə çatdırdı. Artıq bu proses öz məntiqi sonluğuna yaxınlaşır. Bütün bu proseslərə adekvat cavab olaraq,  Rusiya tərəfi ABŞ-ın Rusiyadakı diplomatik korpusunu 50 faiz azaltdı. Daha əvvələr Rusiya tərəfi ABŞ diplomatlarının Rusiyanın liberal müxalifətinin ABŞ dpilomatik korpusuna aid olan şəxslərlə əlaqələrini sənədlər  və videolarla sübut etmişdi. Yəni ki, baş verən proses əslində məntiqi sonluqla başa çatır. Bu mətiqi sonluq isə sizin dediyiniz kimi “gözə-göz, dişə-diş” prinsipidir.


Adgözəl Məmmədov: “Dediyimiz kimi, tərəflər “gözə-göz, dişə-diş” prinsipi ilə davranırlar. Bunu nəticələrini isə hesablamaq çox çətindir”.


Hesab edirəm  ki, ABŞRusiya arasında olan gərginlik qlobal toqquşma kimi özünü təzahür edir. Bu qlobal toqquşmanın təsirləri  Koreya yarımadası, Orta Şərq və digər bölgələrdə özünü göstərir. Eyni zamanda bu toqquşmanın görünən tərəflərindən biri də diplomatların “arzuolunmaz” şəxslər elan olunmasıdır. 

Bu dalandan çıxış yolu varmı? Bu sualın cavabı təbii ki, Koreya, Suriya, və digər geosiyasi münaqişələr öz həllini tapandan sonra tapılacaq. Yalnız o zaman daşlar yerini alacaq və hər şey yerində oturacaq. O zamana qədər isə proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki dediyimiz kimi, tərəflər “gözə-göz, dişə-diş” prinsipi ilə davranırlar. Bunun nəticələrini isə hesablamaq çox çətindir. Biz ən yaxşı halda yaxşı şeylər arzulaya bilərik və fəlakətin olmaması üçün tərəflərin siyasi iradə nümayiş etdirməsini gözləyirik”. 

Qeyd edək ki, daha əvvəl ABŞRusiya arasında belə bir diplomatik böhran 1986-cı ildə yaranmışdı. O zaman Vaşiqton SSRİ-nin ABŞ-dakı və BMT-dəki diplomatik korpusunu şpionluqda ittiham edərək 80 Rusiya diplomatını ölkədən sürgün eləmişdi. Buna cavab olaraq isə SSRİ tərəfi Rusiyadakı ABŞ jurnalistini həbs etmişdi. Həmçinin Moskva SSRİ vətəndaşlarına ABŞ səfirliyində işləməyi qadağan eləmişdi.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar