Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İran gərginliyi – Yeni vəziyyət Azərbaycana nə vəd edir…


Elxan Şahinoğlu: “Bu vəziyyət Trampa daha çox başağrısı gətirə bilər”


Amerika prezidenti Donald Trampın Mayami çıxışı ətrafında gedən müzakirələr səngimək bilmir. Venesuela, Kuba və İranı hədəf alan Ağ Ev sahibinin sələfi Barak Obamanın bu ölkələrlə bağlı qərarını ləğv etdiyini və əvvəlki sanksiyalar, blokada qərarının qüvvədə qaldığını dilə gətirməsi dünya gündəmini zəbt edib.

Onun çıxışının ardından ABŞ Senatının Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların nəzərdə tutulduğu qərar qəbul etməsi cənub qonşumuzu əsas hədəf kimi önə çıxarıb. Heç şübhəsiz ki, İranın hədəf olması Azərbaycanda da ciddi narahatlıqla qarşılanıb. Ekspertlər region və ölkəmiz üçün ciddi proseslərin başlandığını bildirirlər. Burada rəsmi Bakının yürüdəcəyi siyasətin ölkə adına mühüm olduğu vurğulanır. Trampın sələfi Obamanın İranla bağlı hakimiyyətinin son illərində yürütdüyü yumşaq siyasətin bir çıxışı ilə üstündən birdəfəlik xətt çəkməsinin Azərbaycan üçün müsbət və ya mənfi nəticələr verə biləcəyi ilə əlaqədar səslənən fikirlər birmənalı deyil. Ölkəmizin burada da ənənəvi balans qoruma siyasətinə üstünlük verəcəyi səslənən ehtimallar sırasındadır.


Politoloq Elxan Şahinoğlu Trampın xarici siyasətdə fəal olmaq məcburiyyəti qarşısında qaldığını düşünür: “Donald Trampın daxildəki mövqeləri çox zəifdir. Hər an ona qarşı impiçment prosedurası başlaya bilər. Onun fəaliyyətini araşdıran komissiya var. Bununla da Trampın başı üstünü qara buludlar alıb. Onun daxildə fəaliyyət imkanları daralıb. Bu vəziyyətdən çıxmaq üçün də Tramp xarici siyasətdə fəal olmaq məcburiyyətindədir. Xarici düşmən axtarışına baş vurub. Adətən xarici düşmənlə mübarizə daxildəki qüvvələri prezident ətrafında birləşdirir. Trampa da bu lazımdır. Əsas hədəflərdən biri də İrandır. Ancaq İranı hansı əsasla hədəf götürdüyü müəmmalıdır. Çünki İran nüvə silahı hazırlamır ki, Tramp onu cəzalandırmağa qərar versin. Sadəcə, qeyd etdiyim kimi, Trampa ölkə xaricində kiçik müharibə lazımdır ki, diqqəti müharibəyə yönəltsin və daxildəki müxalif qüvvələr ondan əl çəksin. Ancaq bu nə müharibəsi olacaq və müharibənin nəticələri hansı fəlakətlərə yol açacaq kimi suallara cavab yoxdur. Bu vəziyyət Trampa daha çox başağrısı gətirə bilər. İran sanksiyalara öyrəncəlidir. İslam inqilabından bu yana sanksiyalar İrandan əskik olmur. Ona görə də Tramp İrana qarşı sanksiyaları sərtləşdirsə, bunun İranın xarici siyasətini Amerikanın istədiyi şəkildə dəyişəcəyini zənn etmirəm. Tam əksinə, Tramp bu addımı ilə İrandakı mühafizəkar qüvvələrin mövqelərinin güclənməsinə şərait yaradacaq. Bu heç Amerikanın da maraqlarına cavab verməməlidir”.

Politoloq ABŞ-ın hazırkı İran siyasətinin Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermədiyi qənaətindədir: “Vaşinqtonun İrana qarşı siyasətinin sərtləşməsi Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Çünki İrandakı mühafizəkarlar yenə elə biləcəklər ki, Azərbaycan bu məsələdə Vaşinqtona dəstək verəcək. Halbuki, mümkün qarşıdurma bizim xeyrimizə deyil. Heç bir dövlət qonşuluğunda gərginlik, müharibə istəməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan İranda enerji və nəqliyyat layihələri reallaşdırır. Azərbaycan bu layihələrdən bəhrələnməyi düşünür. Bu layihələr İranla Azərbaycan arasındakı iqtisadi əlaqələri də gücləndirməlidir. Belə olan halda biz niyə Amerika-İran gərginliyinə sevinməliyik? Ancaq Azərbaycan kiçik dövlətdir və bu gərginliyin qarşısını ala bilməz. Bakıdan Vaşinqtona siqnallar göndərilməlidir ki, İranı hədəf götürərkən, İranın qonşularının, o cümlədən Azərbaycanın və Gürcüstanın maraqlarını arxa plana atmasınlar. Çünki həm Azərbaycan, həm də Gürcüstan İranla qonşu olmaqla yanaşı, Amerikanın tərəfdaşıdırlar. İran dirəniş göstərməyə məhkumdur. Hələ yaxşı ki, Həsən Ruhani ikinci dəfə prezident seçildi, dövlət başçısı mühafizəkar olsaydı, İrana qarşı müharibə daha real ola bilərdi. Ancaq Trampın İrana qarşı sərtliyi Ruhaninin mövqelərini zəiflədə bilər. Ona görə ümid edirəm ki, Trampın müşavirləri onu təhlükəli addımdan çəkindirəcəklər. İranla mümkün müharibə Liviya, hətta Suriyadakı müharibədən də dəhşətli olacaq. Bu dəhşətin miqyasını Vaşinqton görməli və yanlış addımdan çəkinməlidir”.(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar