Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Cənubi Koreya təhlükəli bir dövrdə hərbi təlimlərə başlayır


Şimali Koreya isə daha bir təhlükəli silahı sınaqdan keçirməyə hazırlaşır


ABŞ silahlı qüvvələri yaxın günlərdə Cənubi Koreya ilə müştərək olaraq yeni hərbi təlimlərə başlayacaq.

Lakin əvvəlki təlimlərdən fərqli olaraq bu dəfə müharibə riski daha yüksəkdir.

“Ilçi- Azadlıq gözətçisi” (Ulchi - Freedom Guardian) adı verilən təlimlər avqustun 21-də başlayıb 10 gün sürəcək”,- The Washington Post qəzetində Den Lamotun məqaləsində bildirilir.

Məqalədə təlim zamanı 25 min ABŞ və on minlərlə Cənubi Koreya əsgərinin iştirak edəcəyi yazılıb.

Təlimlərin əsas hədəfi Cənubi Koreyanın şimaldan gələn təhlükələr qarşısında müdafiə qabiliyyətinin yoxlanılmasından ibarətdir.
ABŞ ordusunun Cənubi Koreyadakı nümayəndəsi, polkovnik Çed.Q.Kerrol hərbi qərargahın hələ ki təlimlərin miqyas, format və şüarlarını dəyişdirmək niyyətində olmadığını söyləyib.

Картинки по запросу us south korea military exercises

Bu həftənin 1-ci günü isə Şimali Koreya keçiriləcək manevrlərin gedişində təsadüfi insidentin belə nüvə münaqişəsini alovlandıra biləcəyi barədə xəbərdarlıq edib.

“Hərbi potensial məhz bu günlər üçündür. Bu bizim diplomatik addımlarımızın fundamentini təşkil edir. Biz istənilən təhdidə hazır olmalıyıq”,- ABŞ Silahlı qüvvələrinin baş qərargah rəisi Cozef Danford bildirib. (ABŞ ordusunda bu vəzifə “Qərargah rəislərinin birləşmiş komitəsinin sədri” adlanır-red).

Məqalə müəllifi Şimali Koreyanın son günlərdə mövqeyini bir qədər yumşaltdığını da qeyd edib. Bu ABŞ müdafiə naziri Ceyms Mettisin Şimali Koreyanın Quam adasına hücum etdiyi təqdirdə oyunun, daha doğrusu, müharibənin başlanacağı barədə xəbərdarlığından sonra mümkün olub.

Pentaqon rəsmisi Robert Menninq isə hərbi təlimlərin konkret ssenariləri haqqında danışmaqdan imtina edib. O, əsas vəzifənin ABŞ cə Cənubi Koreya ordularının təhlükə qarşısında birgə müdafiə olunmaq qabiliyyətinin yoxılanılmasından ibarət olduğunu təsdiqləyib.

Картинки по запросу us south korea military exercises

ABŞ-ın digər mətbu orqanı, The Washington Times qəzeti isə Şimali Koreyanın daha bir təhlükəli silahı sınaqdan keçirmək üzrə olduğunu yazıb.

Qəzet Pxenyan rəhbərliyinin kosmosa iki peykin buraxılışını həyata keçirməsi, həmin peyklərin isə elektromaqnit impulsun (EMİ-red) köməyi ilə hücum edəcək nüvə silahları ilə təchiz olunduğu barədə məqalə dərc edib.

Bu maraqlı iddianın müəllifləri Konqresin EMİ üzrə komitəsinin üzvü, prezidnet Ronald Reyqanın elm üzrə müşaviri, NASA-nın keçmiş direktoru Uliyam Qrem və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, Nümayəndələr palatasının silahlı qüvvələr üzrə komitəsinin üzvü Piter Vinsent Praydır.

Məqalədə Şimali Koreya silahının konstruksiyasının ABŞ-ın 1980-ci illərə qədər istifadə etdiyi W-79 nüvə artilleriya mərmisini xatırlatdığı qeyd olunur. Bu cür qurğular Şimali Koreyanın KMS-3 və KMS-4 peyklərinə rahatlıqla yerləşdirilə bilər.

Картинки по запросу north korea electromagnetic impulse

Məqalə müəllifləri hələ 2004-cü ildə iki rus generalının EMİ üzrə komissiyada Rusiyanın müvafiq texnologiya üzrə layihəsinin Şimali Koreyaya ötürülə biləcəyi ehtimalından bəhs etdiklərini xatırladırlar:

“Şimali Koreyanın KMS-3 və KMS-4 peykləri qütb trayektoriyası üzrə cənub istiqamətində buraxılıb və özünün ilk orbitində ABŞ-ın üzərindən keçiblər. Cənub qütbünün trayektoriyası ABŞ-ın ballistik raketləri dərhal sezməyə imkan verən radiolokatorlarından və HHM sitemlərindən yayınmağa imkan verir. Bu peyklər döyüş qabiliyyətinə və texniki göstəricilərinə görə Ruiyanın soyuq müharibə illərində hazırlanan və orbital bombardman sistemi adı verilən gizli silahına çox yaxındır. Belə bir sistemlə nüvə silahını daşıyan peyklə elektrmaqnit impulsun köməyi ilə qəfil hücum həyata keçirmək mümkündür”.

Məqalədə məsələnin məhəl qoyulmayacaq dərəcədə təhlükəli və real olduğu vurğulanıb, habelə ABŞ rəhbərliyi Şimali Koreya peyklərinin buraxılmasına mane olmaq üçün aktiv tədbirlər görməyə çağırılır.

“Ötən əsrin nəsilləri ilk dəfə 1957-ci ildə orbitə buraxılan peyklərin kosmosda və nüvə raketləri üzrə rəqabətdə hansı strateji əhəmiyyətə malik olduğunu dərhal başa düşdülər. Lakin bu gün EMİ haqqında biliklərin az olduğunu nəzərə alaraq Şimali Koreya raketlərinin təhlükəlilik dərəcəsini sonadək anlayan adam olduqca azdır”, - məqalənin yekununda qeyd olunub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar