Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ srateji hücum silahlarını məhdudlaşdıran sazişlərdən imtina edir





Vaşinqton Moskvanı yenidən silah yarışına cəlb emtək istəyir
ABŞ prezidenti Donald Tramp strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqaviləni ölkəsi üçün olduqca uğursuz hesab etdiyini bildirib


Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu sazişi birtərəfli adlandırıb. “Ölkəmiz İranla bağladığı saziş kimi olduqca faydasız müqavilə imzalayıb. Mənim dövrümdə daha yaxşı sazişlər imzalanacaq”.

Ekspertlərin fikrincə, tərəflər dünyanın təhlükəsizliyi üçün kritik önəm daşıyan “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında sazişlə bağlı böhran yaranmaması halında bu müqaviləni də qüvvədə saxlaya bilərlər.

2010-cu ildə Rusiya prezidenti Dmitri MedvedevABŞ prezidenti Barak Obama arasında imzalanan müqaviləyə görə, tərəflər nüvə başlıqlı raketləri 1550 ədədə qədər məhdudlaşdırmaq qərarına gəliblər.
Bundan başqa, sazişdə qitələrarası və ağır bombardmançıların 700- qədər endirilməsi nəzərdə tutulub.
Heç Rusiyanın özündə də müqavilədən hamı razı qalmayıb.

Saziş Dövlət Dumasında ratifikasiya edilən zaman bir sıra deputatlar bildiriblər ki, müqavilədə silahlanmanın ayrı-ayrı kateqoriyaları nəzərdə tutulmayıb.

Həmin vaxt Dumanın beynəlxalq əlaqələr üzrə komitəsinin sədri olmuş Konstantin Kosaçev sazişin ABŞ-ın raket əleyhinə müdafiə sisteminin yaradılması üzrə fəaliyyətini məhdudlaşdırmadığını deyirdi.
İndi isə yuxarı palatının, Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri olan Kosaçev SHSM-3 müqaviləsinin uzadılması ilə bağlı ABŞ tərəfi ilə məsləhətləşmələrin aparılmasının vacibliyindən danışır.

Rusiyalı senator öz feysbuk səhifəsində sazişin 2021-ci ildə bitəcəyini və avtomatik uzadılma ilə bağlı müddəanın yer almadığına diqqət çəkib.

“O qədər də vaxtımız qalmayıb. Cəmi 4 il, özü də Trampın çalxantılı prezidentliyi dövründə...”, - Kosaçev narahatlığını dilə gətirib.

Senator Trampın “Amerikanı yenidən böyük edək” şüarının nüvə sahəsində üstünlüyü nəzərdə tutması halında bunun silahlanma ilə bağlı yarışın ən pis dövrlərinə qayıtması demək olacağını söyləyib.
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov “RİA Novosti”yə verdiyi müsahibədə Rusiya tərəfinin strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin xitam verilməsinə qəti şəkildə qarşı olduğunu bildirib. O, Rusiyanın sazişin uzadılmasında israr edəcəyini ifadə edib.

ABŞ-ın Karnegi institutunun Moskva şöbəsinin nüvə silahlarının yayılmaması proqramının rəhbəri Pyotr Topıçkanov Trampın söylədiklərini ABŞ-ın siyasi elitası tərəfindən tanınan xətdən fərqləndiyini qeyd edir. Onun firkincə, həm Dövlət Departamenti , həm də Müdafiə Nazirliyi yuxarıda adı çəkilən sazişlərin dəyərini qiymətləndirirlər.

Topiçkanov əsl böhranın 1987-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan arasında bağlanan “Orta və kiçik mənzilli raketlər haqqında” (OKMR) sazişin taleyi ilə bağlı olacağını söyləyib.
OKMR haqqında saziş beynəlxalq təhlükəsizliyin əsas məhək daşlarından biridir. Bu saziş hər iki dövlətin Avropada yerləşdirdikləri bir çox sinifdən olan raketlərin ləğvinə şərait yaradıb.

Vaşinqton da Rusiyanın ünvanına eyni ittihamlar səsləndirir. ABŞ Rusiyanın sazişin qüvvəsi altına düşən n sınaqdan keçirməkdə günahlandırır.

Ekspertlərin fikrincə, OKMR haqqında sazişin pozulması ən ciddi nəticələrə səbəb ola bilər.
“Əgər OKMR ləğv edilsə “Strateji hücum silahlarının məhdudlaşdırılması” haqqında müqavilə də qalmaz, onun ardınca isə nüvə silahının yayılmamamsı sistemi də çökər. Rusiya Federasiyası üçün hadisələrin bu cür inkişaf variantı nə geopolitik, nə geostrateji, nə də iqtisadi cəhətdən qətiyyən uyğun deyil”, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstutunun əməkdaşı Aleksey Arbatov mətbuata bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar