Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib


ABŞ-ın maliyyə bazarı tənzimləyiciləri dünya banklarını 2008-ci il maliyyə böhranından bugünədək 243 mlrd. dollar həcmində cərimələyib


“Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu məlumat “Keefe, Bryuette & Woods” araşdırma və investisiya şirkətinin hesabatında verilib.

Cərimələrin əksəriyyəti investorların ipoteka kreditlərinin keyfiyyəti ilə bağlı aldadılması ilə əlaqədardır. “MarketWatch” araşdırma şirkətinin məlumatına görə, məhz bu səbəb ABŞ fond birjalarının 2008-ci ildə kəskin ucuzlaşmasına səbəb olub.

Cərimə və kompensasiyaların ödənilməsinə görə lider “Bank of America”dır. Son 10 ildə bu bank 76,1 mlrd. dollar cərimə ödəyib. İkinci sırada “JPMorgan Chase” (43,7 mlrd. dollar), üçüncü sırada “Citigroup” (19 mlrd. dollar) yer alıb.

Xarici banklar arasında ilk sırada 14 mlrd. dollarlıq ödənişlə “Deutsche Bank”, sonrakı yerlərdə isə “Royal Bank of Scotland” (10,1 mlrd. dollar) qərarlaşıb. “BNP Paribas”, “Credit Suisse” və UBS isə hər biri 6 mlrd. dollardan çox cərimə ödəyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar