Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ şirkəti azərbaycanlı neftçiləri istismar edir


Amerikanın “MсDERMOTT CASPIAN CONSTRACTORS” şirkətində çalışan azərbaycanlı əməkdaşlara kompensasiya verilmədən onların ixtisarına başlanılıb


Bu barədə virtualaz.org saytına işdən çıxarılan əməkdaşların özləri məlumat veriblər.

Onlar bildiriblər ki, ixtisardan xeyli əvvəl şirkətin rəhbərliyi onları bir aylıq əmək müqaviləsi bağlamağa məcbur edib. 2002-ci ildən sonra şirkətə işə düzəlmiş əməkdaşlara kompensasiya verilməsindən isə imtina olunub.

Redaksiyamıza müraciət edən işsiz qalmış şirkət əməkdaşları bunu xahiş ediblər: “Azərbaycanlıların ədalətsiz şəkildə qul kimi işlədildiyi bu eşşəkarısı yuvasına əncam çəkilsin”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bu məsələyə münasibət bildirib.

Hüquq müdafiəçisi virtualaz.org saytına açıqlamasında dedi ki, şirkətdə haqsızlığa məruz qalanlar Dövlət Əmək Müfəttişliyinə, eləcə də məhkəməyə müraciət etməlidir:

“Biz onlara əmək müqaviləsini, yazılı ərizələrini təşkilata təqdim etmələrini tövsiyə etmişik. Məsələ ilə bağlı mütləq Dövlət Əmək Müfəttişliyinə müraciət edilməlidir. Neftçilər bizim təşkilata müraciət edəcəkləri təqdirdə məhkəmədə onların hüquqlarını müdafiə etməyə hazırıq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar