Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ şiəpərəstdirmi?


Amerikalı jurnalist Rocer Kohen “New York Times” qəzetində dərc olunmuş “Bir konqresmenin İranı” başlıqlı məqaləsində yazır ki, Konqresin yəhudi veteranlarından miçiqanlı demokrat millət vəkili Sander M.Levin “bu həftə çox mühüm bir bəyanat verib”


İranla sazişi dəstəkləyən deputat deyib ki, hər hansı bir məsələ barədə ictimai mövqe tutarkən dərin faktlara əsaslanmaq lazımdır.

Jurnalistin fikrincə, Sander M.Levinin bəyanatı iki nöqteyi-nəzərdən çox mühümdür. Bunlardan biri odur ki, konqresmen gözlənilmədən İranla əldə edilmiş nüvə razılaşmasını dəstəkləyib. İkincisi isə bu bəyanat Konqresdə “İsrailin dostu” sayılan qocaman yəhudinin dilindən çıxıb.

İki nazirin Cenevrə küçələrində qoşa gəzməsini İran mühafizəkarları da tənqid etmişdi

R.Kohen yazır ki, Levinin mülahizəsi onu ayıq, sağlam və dəqiq nəticəyə gətirib çıxarıb. Bu nəticə ondan ibarətdir ki, saziş İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın “ən yaxşı yoludur”. Nəticədə nəinki bütün Yaxın Şərq, elə İsrailin özü üçün də daha təhlükəsiz şərait yaranacaq.

Bu düşüncəni mühüm və ciddi dövlətlər - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya da bölüşürlər.

Məqalədə deyilir ki, saziş İranın nüvə anbarını 97 faiz ixtisar edir, uranın 3,67 faizdən yüksək dərəcədə zənginləşdirilməsini qadağan edir, ən pis halda İranı nüvə silahı əldə etmək üçün 1 il geri atır. Halbuki sazişdən əvvəl bu müddət cəmi iki ay idi.

İsraillə Səudiyyənin ortaq marağı nədir?

R.Kohen yazır ki, Konqresə sazişə baxılması üçün 60 gün vaxt verilib. Onun fikrincə, Konqresin sazişi rədd edəcəyi və buna isə Barak Obamanın veto qoyacağı qaçılmazdır.

Lakin Barak Obamanın vetosunun üstündən xətt çəkməyə Konqresin gücü çatmayacaq.

Məqalədə deyilir ki, İranla sazişə sağlam düşüncə ilə yanaşan bir çoxları Levinin nəticəsinə gəliblər. Jurnalist xatırladır ki, ABŞ-ın İsraildəki 5 keçmiş səfiri açıq məktub yazaraq SenatKonqresi İranla sazişi dəstəkləməyə çağırıblar.

“Maraqlıdır ki, İsrail və ABŞ respublikaçıları ilə yanaşı sazişi ən böyük haray-qışqırıqla tənqid edən Səudiyyə Ərəbistanı olub” - R.Kohen yazır.

Səudiyyəlilər İranla sazişi “Amerikanın acizliyi” adlandırmaqla kifayətlənmirlər. Onlar İraqa müdaxilədən bəri əmindirlər ki, Birləşmiş Ştatlar şiəpərəst mövqe tutub.

Obamanın "iranpərəst" siyasətindən demarş kimi Səudiyyə kralı onunla görüşə öz yerinə şahzadələri göndərmişdi

“Onlar İranın antisünni imperiya xəyallarından o qədər çəkinirlər ki, Yəməni ağına-bozuna baxmadan bombalamaq kampaniyasına başlayıblar” - deyilir məqalədə.

Yəməndə qiymaçı şiəməzhəb husiləri bir çoxları İranın əlaltıları kimi görürlər.

Səudiyyə kimi müttəfiqdənsə...

“İndi də gələk Amerikanın müttəfiqi səudlara. İran hazırda düşmən qüvvə sayılır və gözlə görünən yaxın gələcəkdə də belə olaraq qalacaq. Amma bizim “müttəfiqlərimiz” Birləşmiş Ştatlar üçün nə ediblər? Onlar öz mədrəsə və başqa vasitələri ilə vəhhabi İslamını təbliğ ediblər ki, onun da qatı anti-Qərb təlimi “əl-Qaidə”nin, “Taliban”ın, son vaxtlarda isə “İslam Dövləti”nin yaranmasında maya olub. Onlar neft qiymətlərini süni şəkildə aşağı salıblar ki, Amerikanın xilaskar enerji inqilabını əngəlləsinlər, şist neftini rəqabət gücündən məhrum etsinlər” - deyə R.Kohen yazır.

Jurnalist ABŞ üzərinə 11 sentyabr terror basqınlarının “canlı qüvvəsinin də Səudiyyədən gəldiyini” yada salıb.

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı nəinki Amerikanın monarxiyanın neft asılılığından qurtarmasını istəmir, üstəlik, Vaşinqtonun Yaxın Şərqdəki strateji imkanlarını məhdudlaşdırır.

R.Kohenin fikrincə, bu imkanlardan biri də “İslam Dövləti”nə qarşı ABŞ-İran müttəfiqliyidir.

“New York Times” qəzetinin təhlilçisi bu qənaətə gəlir ki, məsələyə “Levin kimi cəsarətlə” baxdıqda düşünrsən: kim bilir, Vaşiqntonun “öz müttəfiqinin” narazılığına baxmayaraq “öz düşməni” ilə saziş bağlaması, bəlkə bütün Yaxın Şərqdəki vəziyyəti Amerikanın milli maraqlarına uyğun şəkildə dəyişə bilər.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar