Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ serialında azərbaycanlı terrorçu obrazında – Video


100 qadın lotereya yolu ilə seçilir


ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Lotereya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub. 

PİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, “Lotereya” (The Lottery) serialı bir ay əvvəl “Lifetime” kabel kanalında yayımlanmağa başlayıb. 

Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir. 

Şounun birinci sezonunun dördüncü bölümünün əvvəllərində həmin proqrama rəhbərlik edən qadın alimi öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Qeyd edək ki, filmdə qadını qoruyan FBI əməkdaşları “azərbaycanlı” terrorçunu yerindəcə güllələyirlər. 

Serialın yaradıcısı və ssenari müəllifi Timoti C.Sekston, prodüser və rejissor isə Deni Kennondur. Baş rolda Marli Şelton oynayan filmi “Warner Horizon Television” studiyası istehsal edib. 

Sirr deyil ki, Hollivud filmlərində məhz kimlərin terrorçu kimi göstərilməsi heç vaxt təsadüfi seçilməyib. Məsələn, “soyuq savaş” dövründə terrorçular əsasən ruslar olurdular. Sonradan bu yeri şimali koreyalılar, çinlilər, daha sonra ərəblər tutmağa başladı. Və bu seçim əslində ictimai fikrə təsir göstərməyin bir metodudur. İndi azərbaycanlının terrorçu kimi göstərilməsi də eyni məqsəd daşıyırmı? 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar