Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları banklardan Putinin adamlarının hesabları haqqında məlumat tələb edirlər


ABŞ Senatının demokrat üzvləri Cin Şeyhin və Şeldon Uaythauz dünyanın 8 iri bankına sorğu göndərib


Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin yazarı Bayron Taunun yazısında məlumat yer alıb.

Senatorlar həmin banklardan ABŞ-ın sanksiyasına məruz qalan 96 rus oliqarxına göstərdikləri xidmət, onların aktivləri və hesabları haqqında məlumat vermələrini istəyiblər.

Sorğu məktubu keçən həftədən təqdim olunub. Şeyhin və Uaythauz bununla bağlı 3 bankdan müvafiq bildiriş aldıqlarını söyləyiblər.

Yazıda sorğunun ABŞ-ın Bank of America Corp., JPMorgan Chase & Co. və Citigroup Inc, Böyük Britaniyanın BarclaysPLC, HSBC Holdings PLC ADR, Almaniyanın Deutsche Bank AG və İsçevrənin Credit Suisse Group AG banklarına verildiyi qeyd olunub.

“JPMorgan”ın nümayəndəsi məktubu aldıqlarını təsdiqləyərək onu araşdırdıqlarını bildirib. “Deutsche Bank” şərh verməkdən boyun qaçırıb. Qalan banklar isə ümumiyyətlə mətbuata bu barədə informasiya verməkdən imtina ediblər.

Senatorlar məktubda sanksiya altına düşən şəxslərin hansı yollarla ABŞ-ın və digər beynəlxalq maliyyə sistemlərindən yararlandığını bilmək istədiklərini qeyd etməklə bərabər, banklara Rusiyadan oğurlanan pulların yuyulmasını aşkar etməkdən ötrü tərtib olunan sanksiya siyahısından istifadə etmələrini tələb ediblər.

“Bu siyahı korrupsiyada və dövlət aktivlərinin qeyri-ədalətli şəkildə özəlləşdirilməsi sayəsində iştirak edərək hədsiz var-dövlət qazanan rusiyalı oliqarxların və yüksək vəzifəli şəxslərinin bizim maliyyə sistemlərimizdən yararlanmalarını aşkar etmək və məhdudlaşdırmaq üçün rəhbər rolunu oynamalıdır”, - məktubda deyilir.

Qəzetin yazdığına görə, məktub informasiyanın könüllü şəkildə verilməsi barədə verilən sorğu xarakteri daşıyır və bankların üzərinə hər hansı öhdəlik qoymur. Lakin, əldə olunan məlumata əsasən, adı çəkilən senatorlar Baş Nəzarət İdarəsindən (bu müşahidəçi orqan təhqiqat səlahiyyətlərinə malik olub birbaşa Konqresə tabedir -red.) həmin şirkətlərin sorğuya cavab verməkdən imtina etmələri halında, onlar haqqında tədbir görülməsini xahiş edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar