Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səfirliyinin Qüdsə köçürülməsi regionda münaqişəni alovlandırır


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısın təqdim edir


Donald Trampın İsraildəki ABŞ səfirliyini Yaxın Şərqdə böhran fonunda Qüdsə köçürmək qərarı, Yaxın Şərqdə sülhə deyil, yeni müharibənin alovlanmasına xidmət edir. ABŞ adminstrasiyası birtərəfli olaraq İsrail-Fələstin münaqişəsində balans siyasətini İsrailin xeyrinə dəyişdi.

Bundan sonra ABŞ-ın moderatorluğu ilə Fələstin üzrə sülh danışıqları fiaskoya uğradı. Bu gün Qüdsdə səfirliyin açılışına görə etiraz edən 52 nəfər öldürülüb, 2400 çox fələstinli yaralanıb.

Prezident Tramp Fələstini görməzlikdən gələrək, beynəlxalq qanunları nümayişkaranə şəkildə pozdu. Fələstin xalqının Qüds üzərində İsrail kimi haqqı var. İsraillə Fələstin arasında sülh mümkündü. ABŞ iki xalq arasında sülh yaratmaq iqtidarındadır. İsrailin Fələstini dövlət kimi tanımamaq istəyi hələki, iki xalq arasında münaqişəni uzadır. İsrailin hazırkı hərbi kabinetdən ibarət rəhbərliyi Fələstinə qarşı radikal siyasət və barışmaz mövqe tutur. Baş verənlər fələstinlilərə qarşı Netanhahu hökumətinin cinayətkar siyasətidir. Yəhudi xalqı sülhpərvər xalqdı. Əsrlərlə ərəblərlə daima qardaşlıq əlaqlərinə malik olaraq birgə yaşayışla bunu sübut edib. Baş verənlər iki xalq arasında mümkün sülh danışıqlarına böyük zərbədir.

BMT-nin qərarına əsasən Qərbi Qüds İsrailə, Şərqi Qüds isə Fələstinə aiddir. İsrail Şərqi Qüdsü işğal edərək, Qüdsü bölünməz olaraq İsrailin paytaxtı elan edib. Fələstinin haqqını tanımır və işğalı davam etdirir.

Bu gün Fələstinə beynəlxalq dəstək yoxdur. Ərəb liqası, 
başda Səudiyyə Ərəbistanı və Misir İsrailə təsir rıçaqlarına malik olsada, seyrçi mövqe nümayiş etdirir. Bu gün Fələstin ABŞ-İsrail tərəfindən sıxışdırılır, məcbur şəkildə fələstinlilərin iradəsinin əleyhinə olan sülh müqaviləsinə imza atmağa məcbur edilir.

Qeyd edim ki, Yaxın Şərqdə yeni nizam formalaşır. ABŞ bu regionun siyasi xəritəsini dəyişəməyə çalışır. Baş verənlər böyük siyasi-hərbi oyunun başlanğıcdır. Daha ağır fəsadlar qarşıdadır. ABŞ İran, Türkiyə və Rusiyanı bu regiondan çıxarmaqla, yeni sistem qurmağı planını işə salıb. Bu planı həyata keçirmək üçün Səudiyyə Ərəbistanı, Misir, İsrail və körfəz ərəb ölkələrindən Vaşinqton siyasi-hərbi koalisiya qurub.

bitmap-img6

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar