Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səfirinin Bakıdakı evində gözlənilməz hadisələr


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasim keçirilib.


Aznews.az-ın məlumatına görə, səfirin Badamdar qəsəbəsində yerləşən iqamətgahında baş tutan mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının az sayda nümayəndələri də qatılıb.

Tədbir bir sıra maraqlı və təəccüblü məqamlarla yadda qalıb.

Belə ki, diplomatik korpus adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim edilməsi gözlənilməz olub.

Diplomatlar hədiyyənin ABŞ səfirinə iki ölkə arasındakı hazırkı gərgin dövrdə məhz rusiyalı həmkarı tərəfindən təqdim etməsinə təəccüblərini gizlədə bilməyiblər.

Tədbirdə iştirak edən bəzi səfirlər bunu Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndiriblər.

ABŞ səfirinin sonrakı addımı isə daha gözlənilməz olub. Belə ki, Riçard Morninqstar rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməklə Vladimir Doroxini nümayişkaranə şəkildə pərt edib. ABŞ səfiri bəyan edib ki, o, bu hədiyyəni Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaq evlərindən birinə təqdim edəcək.

Diplomatlar və ekspertlər RusiyaABŞ səfirləri arasındakı hədiyyə “oyununu” ölkələr arasında bir-birinə verilən siyasi ismarış kimi dəyərləndiriblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar