Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səfiri VI Qlobal Bakı Forumuna qatıldı, lakin mətbuata danışmaqdan imtina etdi



“Çində binaların 70 faizində enerjidən istifadə olunur, bu, həm ekoloji təmizlik, həm də qənaət deməkdir. Həmçinin nəqliyyatla bağlı ağıllı smartdan istifadə edilir. Bu da tıxacların qarşısını, həmçinin havaya buraxılan zərərli maddələrin qarşısını 30 faiz alır”


Bu fikirlər “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun üçüncü günündə Çindən gəlmiş gənc nümayəndə tərəfindən səsləndi. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən tədbirdə qlobal məsələlərin müzakirəsində bu dəfə dünya ölkələrindən gəlmiş gənclər iştirak edirdi. 

Ukraynadan gəlmiş gənc yeni münaqişələrdən bəhs etdi. Bildirdi ki, insanların 53 faizinin hökumətlərə inanmaması fəlakətliəziyyətin hökm sürməsindən xəbər verir.

Daha sonra elm və siyasət mövzusunda keçirilən müzakirələrdə Albaniyanın keçmiş prezidenti Rəcəb Meydani bildirdi ki, əgər alim hər hansı məsələlərlə bağlı dövlətlə əməkdaşlıq edirsə, bu, faydalı olur. “Yox, əgər elm siyasətə qarşı çıxırsa, bu halda müəyyən problemlər baş verir. Mənim fikrimcə, elm siyasətin tərkib hissəsidir. Siyasətçilər daha çox müdafiəyə pul xərcləmək istəyirlər, nəinki elm və təhsilə. Amma elm adamları inandırmalıdırlar ki, elmə vəsait xərclənməsi daha çox faydalıdır. Texnoloji irəliləyişlər isə siyasətə təsir edə bilər. Bir çox ölkələrdə elə şirkətlər mövcuddur ki, siyasətə rəğmən onlar öz tullantılarını ayrı-ayrı çaylara axıdırlar”-deyə, eks-prezident bildirdi.

Natiq Tramp administrasiyası ilə bağlı da tənqidlərini bölüşdü. “Tramp iqlim dəyişikliyini Çinin saxta xəbəri kimi təsbit etmişdi”-deyə, ironiya etdi.

Yeri gəlmişkən, tədbirdə ABŞ-ın ölkəmizdəki səlahiyyətli səfiri Robert Sekuta da iştirak edirdi. Fürsət düşən kimi səfirə yaxınlaşıb ona bəzi suallarımızı ünvanlamaq, həmçinin səlahiyyətlərini başa vuracağı barədə xəbərlərə münasibətini öyrənmək, ABŞ Konqresində erməni separatçılarına tədbir keçirmək imkanı yaradılması barədə suallar ünvanlamaq istədik. Lakin cənab Sekuta birmənalı şəkildə mətbuatın suallarına cavab verməyəcəyini bildirdi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar