rezonans

Xəbər xətti

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb



ANALİZ

...

ABŞ özünün qurduğu iqtisadi sistemi niyə dağıdır?

Tarix 11.06.18, 14:46

Font ölçüsü : - / +
bitmap-img6

Soli Özel

“Habertürk”, Türkiyə, 11 iyun 2018-ci il


Sənayeləşmiş Qərb ölkələrinin və Yaponiyanın dünya iqtisadiyyatını müzakirə etmək üçün ilk dəfə görüş keçirməsi 1975-ci ildə, o dövrdə Fransanın prezidenti olan Valeri Jiskar d`Estenin dəvətilə baş tutmuşdu. Həmin il toplanan 6 ölkəyə ertəsi il – 1976-cı ildə Kanada da əlavə olunca, G-7 ortaya çıxmışdı. 1977-ci ildə Avropa İqtisadi Birliyi, 1997-ci ildə də Rusiya həmin qrupa daxil edilmiş və onun qatılması ilə qrupun adı G-8 olmuşdu. 2014-cü ildə Krımın ilhaq ediməsi səbəbilə Rusiya qrupdan çıxarılınca, G-7-yə geri dönülmüşdü.

Dünya iqtisadiyyatı, 1973-cü ildəki Ərəb-İsrail müharibəsinin ardınca baş verən neft qiymətlərindəki böyük artım səbəbilə, dərin böhrana girmişdi. Fransa bu dəvətlə Avropanı o günlərdə həm iqtisadi, həm siyasi baxımdan dərin böhran içində olan, Vyetnam müharibəsini uduzmanın və bu müharibənin cəmiyyəti darmadağın etməsinin travmasını yaşayan ABŞ-la bərabərləşdirmək istəmişdi. Əlbəttə, bu yolla Fransanın Avropa sistemi içindəki dominant rolunu da qeydə aldırmış olacaqdı.

2008-ci ilədək bu ölkələrin dünya iqtisadiyyatını müzakirə etmələri, qərarlar almaları, layihələr təklif etmələri legitim hesab edilirdi. Çünki onlar dünya iqtisadiyyatının böyük bir bölümünü təmsil edirdilər. Düzdür, 2000-ci ildən etibarən Asiyanın, daha doğrusu Çinin nəfəsini də ənsələrində hiss etməyə başlamışdılar. 2008-ci ildə iqtisadi böhran Qərb ölkələrində (2007-2008-ci illərdə ABŞ-ın ipoteka sektorundan maliyyə böhranının başlaması ilə – tərc.) baş verincə, G-7 dünya iqtisadiyyatının gedişatını müəyyənetmə imtiyazını və legitimliyini itirdi. Əslində tükəndi.

Və o, panika halında bayrağı ortalığı yatışdıracağına ümid edilən G-20-yə təhvil verdi. Bir az da bu səbəblə, beynəlxalq ictimai rəy baxımından zirvələrin keçmiş çəkiciliyi də, elə də, qalmamışdı.

Qaldı ki, 2008-ci ildə Çin dünyanın ən böyük ikinci iqtisadi gücü halına gəlmişdi. Demokratik olmaması səbəbilə, dünyanın ikinci ən böyük iqtisadi gücünün dəvət edilmədiyi bir iqtisadiyyat zirvəsini də ciddiyə almaq üçün bir səbəb, əslində, qalmamışdı deyilə bilər. Tramp dövründə ABŞ-ın bu zirvəni və onun simvolik olaraq verdiyi anlamı ciddiyə almadığını da rəzalətlə nəticələnən son zirvədən sonra cümlə-aləm, hər halda, qavradı.

İyun ayının əvvəlindən etibarən ABŞ-ın yaxın müttəfiqlərinə polad və alüminiuma görə gömrük rüsumu tətbiq etməyə başlayan, avtomobil üçün də bənzər bir hazırlıq içində olan Tramp, hələ zirvə öncəsindən tərs-tərs “tweet”lər atmış, öz kəşfiyyat şefinin “demokratik prinsiplərə inanan Qərb ölkələrinin arasına nifaq salmaq” üçün həmlələr etdiyini söylədiyi Rusiyanın dəvət edilməməsinə etiraz etmişdi. Hətta bir ara zirvəyə getməməyi düşünmüşdü. Üzərində çətinliklə anlaşma əldə edilən mətndən (G-7 zirvəsinin yekun bəyannaməsinin mətni – tərc.) ABŞ-ın imzasını çəkərək, “Qərb dünyası”nın razılaşmasını gözləyənlərə son, bəlkə də ölümcül bir zərbə endirdi.

Qənaətimə görə, bu baş verənləri yalnız Trampın kaprizli xarakterinə, cəhalətinə və təməldə demokratiya ilə arası elə də xoş olmayan bir şəxs olmasına bağlamaq yanlışdır. Hərçənd, bu çəkindirici davranış tərzinin, uyğunsuzluqların, təkəbbürün bir imic, etibar hesabı vardır. Çin Sosial Elmlər Akademiyasının əməkdaşı Lu Şianq deyib ki, “Biz daima Trampın bir iş adamı olduğunu söyləyirik, ancaq kiçik ticarətçi belə ən önəmli varlığının etibarı olduğunu bilir. Tramp həm özünün, həm də ABŞ-ın etibarına zərər verir”.

ABŞ, özünün qurduğu dünya iqtisadi sisteminin qurum və qaydalarından qurtulmağa çalışaraq, dünyanın istehlakçı bazarı olmaqdan vaz keçmə yolundadır. Soyuq Müharibə dövründə strateji baxımdan önəmli olan müttəfiqlərinə öz bazarlarını sonuna qədər açmışdı. Yaponiyanın və digər Asiya pələnglərinin yüksəlişi də bu şəkildə mümkün olmuşdu. Ancaq azad ticarət və bazarlarını açmaq seçimi gələcək dövrdə əsl düşməni olan Çinin böyüməsinə də ciddi töhfə vermişdir. Trampın “Biz hər kəsin içindən pul oğurladığı pul daxılı deyilik” deməsinin arxasında bu həqiqətlər vardır.

Görünür, qarşıdakı müddətdə ABŞ getdikcə daha qorumaçı iqtisadi siyasətləri mənimsəyəcək, iqtisadi millətçiliyi həm daxili siyasətində önəmli bir xətt olaraq istifadə edəcək, həm də dünya ilə münasibətlərini bu çərçivədə quracaq. Keçmiş dövrə görə dünya ilə iqtisadi əlaqələri daha çox sıxlaşmış olan bir ABŞ iqtisadiyyatı üçün bu seçimin faydalı olub-olmayacağı zaman içində anlaşılacaq, ancaq kim gəlirsə-gəlsin keçmişdə olduğu kimi doqmatik bir azad ticarətçilik çox da savab hesab edilməyəcəkdir. Trampın hədəflərdən biri də ABŞ-da emal sənayesinin gücləndirilməsidir.

II Dünya Müharibəsi sonrasının dünya iqtisadi nizamı öz qurucusu tərəfindən sökülərkən, G-7 zirvələrinin məna və əhəmiyyətini itirməsi təəccüblü deyildir.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru