Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ordusu Suriyada rus muzdlularına sarsıdıcı zərbə endirib


“Vaqnerin ordusu” Suriyada ağır itkilərə məruz qalıb -217 ölü


ABŞ ordu hissələrinin ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətinin Hişam rayonunda kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə hücum edən Bəşər Əsəd tərəfdarlarına endirdiyi sarsıdıcı zərbənin təfərrüatları məlum olub.

Virtualaz.org Rusiya mənbələrinə və sosial şəbəkələrin rus seqmentində gedən müzakirələrə istinadən xəbər verir ki, bu döyüşdə yülərlə rus muzdlusu həlak olub. Onlar neçə vaxtdır Suriyada Bəşər Əsəd rejimini müdafiə edən, “Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin döyüşçüləridir.

Xəbər verildiyi kimi ABŞ-ın başçılıq etdiyi koalisiyanın qərargahı fevralın 7-də zirehli texnikanın dəstəyi ilə 500-ə qədər Əsəd rejimi müttəfiqlərinin kürdlərin nəzarətində olan bölgəyə hücuma keçdiklərini açıqlayıb. Hücumun məqsədi neftlə zəngin ərazini rejimin nəzarətinə qaytarmaq olub. ABŞ ordu bölmələri Rusiya qərargahını məlumatlandıraraq “özünümüdafiə xarakterli” tədbirlər görüb. Hücum edən Əsəd tərəfdarları ağır itki verərək geri çəkiliblər. ABŞ komandanlığı rejim tərəfdarlarının 100-də çox itki verdiyini açıqlayıb, daha sonra itkinin çox olduğu üzə çıxıb.



Bu döyüş zamanı rus muzdlularının da həlak olduğu barədə Rusiyanın “Vzqlyad” qəzetinin yazarı İqor Dmitriyev öz mənbələrinə istinadən Facebook-da yazıb. “Zərbəni “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə endiriblər. İki yüzə yaxın döyüşçü kürdlərin qərargahına uğurlu hücum edib, düşünüblər ki, amerikalılar işə qarışmaz. Belə görünür ki, vaqnerçilərin investoru Suriya hakimiyyətindən həmin rayonda neft hasilatı barədə icazə almışdı. Həmin əraziləri isə İŞİD-dən kürdlər almışdı, amerikalıların köməyi ilə. Vaqnerçilər 30-40 adam itiriblər”-jurnalist yazıb.

Dmitriyev bildirib ki, hazırda kürdlərlə bağlı məsələ gərgin olduğundan amerikalılar onları müdafiə edib. “Əgər vaqnerçilərin əlində tank əleyhinə raketlər olsaydı amerikalılar burunlarını soxmazdı”-o yazıb.



“Vaqnerin ordusu”nun üzvü olduğu təxmin edilən sosial şəbəkə istifadəçisi isə yazıb ki, onlar tankların dəstəyi ilə hücuma keçmişdilər. Lakin amerikalılar əvvəlcə pilotsuz təyyarələrlə onlara raket zərbələri endirdilər və artilleriyadan güclü atəşə tutdular. Ardınca vertolyotlar havadan zərbələr endirdi. Muzdlu yazır ki, onların itkisi 200-dən çox olub. “Bir çox cəsədlər tanınmaz haldadır”-istifadəçi yazıb.

“Ayın 7-də Deyr əz-Zor rayonunda 253 Rusiya vətəndaşı döyüşə göndərildi, demək olar ki, hamısı rus idi. Vaqner (5-ci rota)+ Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, artilleriyaçılar və tankçılar. Onlarda n 217-si həlak oldu”-digər istifadəçi yazır.



Həmin mənbənin bildirdiyinə görə ABŞ koalisiyasının aviasiyası az qaal dörd saat ərzində onları atəşə tutdu. “Əvvəlcə artilleriya vurdu. Sonra Lochkeed AC-130 və bir cüt vertolyot qaçıb canını qurtarmağa çalışanların ovuna çıxdı. Pentaqon bildirir ki, bu kalonu bombalamazdan əvvəl Rusiya qərargahına xəbərdarlıq edib. Kolonda rus mujikləri idi, hamısı hücuma gedirdi. Çoxlu texnika da vardı. Yaralılar artıq Rusiyaya daşınıb, çoxunun vəziyyəti ağırdır”-istifadəçi əlavə edir.



Keçmiş QRU polkovniki, vaxtilə Ukraynada diversiya əməliyyatlarına başçılıq edənlərdən İqor Strelkov da sosial şəbəkələrdə “Vaqnerin ordusu”nun 5-ci rotasının, zirehli qruplaşmanın və artilleriyanın məhv edildiyini bildirir.

Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatları şərh etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar