Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ lideri öz ölkəsinin maraqlarını İsrailin maraqları ilə eyniləşdirir?


Natiq Miri: “Donald Trampın İranla və başqa yöndə atdığı addım bilavasitə İsrail dövlətinin geosiyasi maraqlarına xidmət edir.”


ABŞ özünün imzaladığı sənədə hörmət etmir və bu cür də davam edərsə, artıq kimsə ABŞ-ı ciddi bir tərəfdaş kimi qəbul edib hər hansı sənəd imzalamayacaq”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ABŞ prezidentinin İranla bağlı son bəyanatını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp oktyabrın 13-ü çıxış edərək hökumətinin nüvə anlaşması və İranla bağlı yeni strategiyasını açıqlayıb. Hökumətinin 5+1 qrupu ilə İran arasında əldə edilmiş nüvə razılaşmasına münasibətinə toxunan Tramp bildirib ki, o İranın bu sazişə sadiq qaldığını və onun şərtlərinə riayət etdiyini təsdiqləyə bilmir. Öz çıxışında ABŞ prezidenti İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) regionda və dünyada pozucu fəaliyyətinə və onun terrorçu qruplaşmalara dəstəyinə toxunan ABŞ prezidenti bildirib ki, o, “Sepah”a əlavə sanksiyalar qoyulması üçün ABŞ Maliyyə Nazirliyinə göstəriş verib. Qeyd edək ki, nüvə müqaviləsini təsdiq etməkdən boyun qaçıran Tramp İslam İnqilabı Keşikçiləri Korpusuna da sanksiya siyahısına salmaq niyyətindədir. 

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 8 dəfə İranın nüvə razılığına əməl etdiyini təsdiqləməsinə baxmayaraq, Trampın İranı bu müqaviləni pozmaqda günahlandırması dünya ictimai fikrində təpki ilə qarşılanıb. Xüsusilə ABŞ-ən əsas və təbii müttəfiqləri olaraq çıxış edən Avropa Birliyi ölkələri Trampın bu mövqeyini ciddi tənqid edirlər və narahatlıqlarını da bildirmirlər. Dünən bu məsələ ilə bağlı aşıqlama verən Avropa Birliyininn xarici siyasətinə başçılıq edən Federika Moqerini bəyan edib ki, ABŞ-ın İranla əldə edilmiş nüvə sazişini tərk etməsi bu ölkənin dünyadakı etibarına zərbə vuracaq. vropa Birliyininn xarici siyasət üzrə rəsmisi həmçinin bəyan edib ki, ABŞ bu sazişdən çıxa bilməz. Çünki bu saziş çox tərəfli sazişdir və BMT-nin Təhlükəsizlik Şurasında təsdiqlənib. 

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə daha da uzağa gedərək, ABŞ-ın bu sazişdə çıxması şəraitində, Almaniyanın Rusiya ilə ittifaq halında bu sazişi müdafiə edəcəyini dilə gətirib. Öz növəbəsində İsrailin baş naziri Benyamin Netahyahu dünya ictimaiyyətnə müraciət edərək, İranla bağlı nüvə sazişinin yenilənməsi üçün Trampı müdafiə etməyə çağırıb. 

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, RusiyaABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Xatırladaq ki, istər ABŞ-da, istərsə də, beynəlxalq arenada Donald Trampın xarici siyasəti ciddi tənqid atəşinə məruz qalır. ABŞ senatorları və siyasətçiləri Trampı Dşvlət Katibi Tillersona mane olduğunu və ABŞ prezidentinin xarici siyasət kursunu yeni qlobal müharibəyə apardığını bildirirlər. Buna baxmayaraq, Trampın İranla bağlı mövqeyi respublikaçılar tərəfindən müdafiə olunur. Lakin konqressdə və ABŞ ictimaiyyəti arasında Trampın xarici siyasətini ekstrimist siyasət olaraq dəyərləndirənlər də, çoxdur.

İranla bağlı Trampın son bəyanatını ekstrimist və dünyada sülhə qarşı olan bir bəyanat kimi dəyərləndirmək mümkündürmü?Həmçinin demək olarmı ki, ABŞ prezidenti nəyin bahasına olursa olsun ABŞ-ı yeni qlobal müharibəyə cəlb eləməyə çalışır və Tramp ABŞ-ın milli maraqları ilə İsrailin milli maraqlarını eyniləşdirmirmi?    

Mövzu ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriyə müraciət edib.



Natiq Miri: “Tramp bir növ yəhudi lobbisinin başqanı kimi hərəkət edir, nəyinki ABŞ prezidentiı kimi”.


Gələcəkdə İran nüvə bombasını yaratmaq üçün fəaliyyətə keçərsə, bu təbii ki, ABŞ, İsrail və İran arasında müəyyən toqquşmalara gətirib çıxarda bilər ki, bu da onsuz da dünyada qaynayan ocaqlarının yeni bir yanğınla artırılması anlamına gəldiyin qeyd edən politoloq Natiq Miri əlavə edib ki, bu da böyük qlobal təhdid yaradır:

“Bir şeyi diqqətə almaq lazımdır ki, Donald Tramp ondan əvvəlki prezident Barak Obamadan fərqli olaraq dolayısı ilə deyil, birbaşa yəhudi lobbisinin təminatçısı kimi hərəkət edir. Donald Trampın İranla və başqa yöndə atdığı addım bilavasitə İsrail dövlətinin geosiyasi maraqlarına xidmət edir. Buna görə də məsələni birinci bu şəkildə dəyərləndirmək lazımdır. Çünki Tramp təkcə İranla bağlı deyil, Fələstinlə bağlı da xoşagəlməz qərarlar verib. İlk olaraq İsraildəki ABŞ səfirliyinin məhz Fələstinin paytaxtı olan Qüds şəhərinə köçürülməsi qərarı da, Donald Trampdan gəldi. Bu da təbii ki, təkcə fələstinlilərə deyil, bütövlükdə müsəlman dünyasına qarşı olan bir addım kimi dəyərləndirilməlidir.

ABŞ prezidentinin İrana qarşı atdığı addıma gəlincə isə təbii ki, hər bi dövlət özünün atdığı imzaya hörmət etməlidir. Baxmayaraq ki, Obamanı Tramp o qədər də sevmir, ancaq hər bir halda Obama iki dönəm ABŞ prezidenti olub və qlobal sülh naminə İranla birgə digər Avropa ölkələri və Rusiyanın, Çinin də iştirak etdiyi sənədə qol çəkib. Bu sənədi də sülh sənədi adlandırmaq olar. Çünki konkret şərtlər müqabilində İran nüvə silahının istehsalından birmənalı olaraq imtina etmişdir. Bunun müqabilində də İrana qarşı olan iqtisadi sanksiyalar tədricən götürülməli idi və bu istiqamətdə də müəyyən addımlar atılıb. 

Natiq Miri: “Tramp hər şeyi yalnız qazanc, mənfəət səviyyəsində düşünür”.


Bütün bunlardan sonra və digər qlobal güclərin təminatı, imzası ilə təsdiqlənən bir sənəddən imtina haqqında Donald Trampın qərar verməsi ABŞ-ın özünün beynəlxalq səviyyədə imicini zərərləyir. Belə bir fikir yaranır ki, artıq ABŞ özünün imzaladığı sənədə hörmət etmir və bu cür də davam edərsə, artıq kimsə ABŞ-ı ciddi bir tərəfdaş kimi qəbul edib hər hansı sənəd imzalamayacaq. Çünki dövlət ciddi strukturdur və dövlətin atdığı bir imza mütləq mənada beynəlxalq səviyyədə tanınmalıdır. Dövlət başçıları da həmin sənədə hörmət etməlidir. Tramp bu qərarla birinci növbədə İrana qarşı yox ABŞ-a qarşı çıxış edir. Buna görə də bu qərar təkcə ekstrimist qərar deyil, bu həm də qeyri-korrekt, hüquqa, Trampın özündən əvvəlki prezidentlərinə hörmət etməyən, ABŞ-ın konstitusiyasına zidd bir addım kimi dəyərləndirilməlidir. 

Həmçinin ABŞ əgər gələcəkdə ABŞ bu hüquqi sənəddən çıxarsa, bu qlobal təhlükəsizliyə çox böyük təhdid olacaq. Çünki ABŞ üçün regionda yeni bir savaş ocağı yaradacaq. Bu məsələdə də yeganə maraqlı olan dövlət İsraildir. Gələcəkdə İran nüvə bombasını yaratmaq üçün fəaliyyətə keçərsə, bu təbii ki, ABŞ, İsrail və İran arasında müəyyən toqquşmalara gətirib çıxarda bilər ki, bu da onsuz da dünyada qaynayan ocaqlarının yeni bir yanğınla artırılması anlamına gələr. Bu da böyük qlobal təhdid yaradır. Buna görə də düşünürəm ki, bu məsələnin qarşısın təkcə İran dövləti deyil, eyni zamanda İranla ABŞ-ın iştirak etdiyi sazişdə digər iştirakçı dövlətlər də qarşısına almalıdır. Çünki burada dünya gücləri kimi Rusiya və Çin dövləti də iştirak edib. Düşünürəm ki, həmin dövlətlər birləşməli və prosesin qarşısın almalıdırlar. O da nəzərə alınmalıdır ki, ABŞ-da, eyni zamanda qanunvercici orqan olan Konqresdə Trampın bu qərarına qarşı çıxan xeyli konqresmenlər var. O konqresmenlərin də iştirakı ilə bu cür xoşagəlməz addımın qarşısın almaq mümkündür.

Natiq Miri: “Tramp bu qərarla birinci növbədə İrana qarşı yox ABŞ-a qarşı çıxış edir”.


Əslində Trampı ciddi bir siyasətçi kimi qəbul etmək olmaz. Hələ Tramp prezident seçilməmişdən öncə də mən açıqlama vermişdim ki, bu bir biznesmendir. Buna görə də Tramp hər şeyi yalnız qazanc, mənfəət səviyyəsində düşünür. Bu adam ölkə daxili, ölkə xarici geosiyasəti ümumiyyətlə anlamayan bir şəxsdir. Trampın verdiyi qərarların böyük əksəriyyəti də nəyinki xarici ölkələrdə, eyni zamanda ABŞ-ın siyasi elitasında belə qəbul olunmur. Çünki bir-birini təkzib edən qərarlarla ABŞ-ın dövlət maraqlarına ciddi zərbə vurulur. Həm də onu da yenə qeyd edim ki, Tramp bir növ yəhudi lobbisinin başqanı kimi hərəkət edir, nəyinki ABŞ başkanı kimi. Bu da ABŞ tarixində olmayacaq hadisədir. Düşünürəm ki, bu da qlobal səviyyədə çox böyük problemlərə gətirib çıxarda bilər. Çünki dünya təkcə İsraildən ibarət deyil. Bu konteksdə ABŞ artıq özünün ənənəvi müttəfiqlərini getdikcə itirməkdədir. Bu gün Avropa dünyasında Trampa qarşı çıxan dövlətlərin sayı getdikcə genişlənir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar