Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək


Lakin tam tənzimləməyə keçid üçün daha çox zaman var


 ABŞ hökuməti kriptovalyuta bazarında yaranan qlobal tələbi nəzərə alaraq bu aktivlər üzərində federal nəzarəti gücləndirmək qərarına gəlib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ Senatı və Nümayəndələr Palatası kriptovalyutaların investorlar və maliyyə bazarları üçün yaratdıqları risklərin ölçülməsinə başlayıb. 

Respublikaçılar partiyasından Mayk Raunds deyib: "Şübhə yoxdur ki, normativ-hüquqi bazanın yaradılmasına ehtiyac var".

Agentlik bildirib ki, böyük ehtimalla, bazara nəzarəti Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya (SEC) yerinə yetirəcək.

Ağ evin kibertəhlükəsizlik üzrə koordinatoru Rob Coys CNBC-yə müsahibəsində bildirib ki, hələlik hökumət kriptovalyuta bazarını tənzimləməyə hazır deyil: "Bunun üçün hazırlıq işləri aparılmalıdır. Hələ bazarın müsbət və mənfi tərəfləri bilinmir. Ona görə də tam tənzimləməyə başlamaq dövrü uzaqdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar