Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı su qıtlığı haqda hesabat yaydı: Azərbaycan risk qrupunda


ABŞ kəşfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına daha birini əlavə edib


Virtualaz.org saytı xəbər verir ki, kəşfiyyat iqlim dəyişikliklərinin beynəlxalq münasibətlərə təsirinin getdikcə artdığı haqda xəbərdarlıq edir.

Ötən həftə təqdim edilmiş hesabat haqda yazan “Forreign Policy” jurnalı ABŞ kəşfiyyatının su resurslarının qıtlığına görə yeni müharibələrin başlaya biləcəyi haqda xəbərdarlıq edib.

Bildirilir ki, hesabat ABŞ milli kəşfiyyatının ölkənin milli təhlükəsizliyi üçün yaxın 4 ildə yarana biləcək əsas çağırışlar və təhdidlər barədədir. Sənədə əsasən içməli su resurslarının qıtlığı qlobal təhlükəsizlik üçün ciddi təhdid təşkil edir.

Amerika xüsusi xidmət orqanları su qıtlığını kütləvi qırğın silahlarının sürətlə yayılması, terrorçuluq, mühüm infrastruktur obyektlərinə kiberhücumlar kimi təhdidlərlə bərabərləşdirib.

Sənəddə deyilir ki, çirklənmə, su mənbələrinin quruması, planetin əhalisinin artması, urbanizasiya tempinin artması və sənaye istehsalına görə dünyada içməli su ehtiyatları hər il azalır.

Ən böyük risklə Çin, Banqladeş, Hindistan, Niderland, Pakistan, Filippin, ABŞ və kiçik ada dövlətləri qarşı-qarşıyadır.

İçməli su qıtlığından bir çox inkişaf edən ölkələr əziyyət çəkir. Bu zəmində daxili münaqişələr və dövlətlərarası mübahisələr tez-tez baş verir. Bildirilir ki, son 50 ildə içməli su üstündə azı 37 dövlətlərarası kəskin mübahisə baş verib. Həmçinin bu dövrdə dövlətlər içməli su ehtiyatlarından istifadəyə dair 150 müqavilə bağlayıblar.

Hazırda planetin əhalisinin 2,6 milyard nəfəri təmiz içməli su əldə edə bilmir. Proqnozlara görə, 2030-cu ildə dünyada içməli suya tələbat 55 faiz artacaq. İçməli su qıtlığı ərzaq qıtlığına da səbəb olacaq. Çünki hazırda şirin su ehtiyatlarının 70 faizi suvarmaya sərf olunur.

ABŞ kəşfiyyatı bildirir ki, bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir.

Eyni zamanda Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İraqla İran arasında su resursları üstündə mübahisələr hökm sürür. Bu mübahisələrin dinc yolla həlli imkanları getdikcə tükənir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar