Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı Rusiya və Çin sosial şəbəkələrini izləyəcək


Pentaqon Rusiya və Çin sosial şəbəkələrini araşdırmaq üçün xüsusi proqram təminatı axtarır


İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Hərbi Dəniz Donanmasının Departamenti tərəfindən dövlət satınalmaları saytında sorğu yerləşdirilib. Sorğuya əsasən hərbi dəniz kəşfiyyatı Rusiyanın və Çinin sosial şəbəkələrinin məzmununu öyrənməyə imkan verən proqram təminatı əldə etmək istəyir. Xüsusən onları “VKontakte” sosial şəbəkəsi maraqlandırır.  
 
Söhbət “Facebook”, “Twitter”, “YouTube” və “Google+” kimi sosial şəbəkələrdən informasiya toplamağa imkan verən “SocioSpyder” (sosial hörümçək) proqramının inkişafı və dəstəklənməsindən gedir. Sifarişçi xüsusi olaraq Rusiya və Çin sosial şəbəkələrinə istiqamətlənmiş əlavə modul axtarışındadır. Bu cür proqramın yaradılması ilə ABŞ xüsusi xidmətləri  2012-ci ilin əvvəlindən maraqlanmağa başlayıblar. Həmin vaxtı dövlət satınalmalarının saytında sosial şəbəkələr üçün xüsusi proqram əlavəsinin işlənib hazırlanması üzrə dövlət sifarişi yerləşdirilib. Bu əlavə kifayət qədər intellektual olmalıdır ki, çoxsaylı mətnlərdə araşdırma apararkən hansısa hadisənin baş verdiyini göstərən açar söz və cümlələri ayırd edə bilsin. Məqsəd fövqəladə vəziyyətlərin, terrorçuluq fəaliyyətinin və təcili müdaxilə tələb edən digər halların qarşısının alınmasında xüsusi xidmət orqanlarına kömək etməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar