Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ keçmiş diplomatlarına niyə nəzarət edə bilmir?


Dövlət Departamenti Con Evansın Qarabağa səfərinə reaksiya bildirməli və öz keçmiş nümayəndəsinin hərəkətini pisləməlidir


ABŞ-ın Ermənistandakı 2004-2006-ci illərdə səfiri olmuş  Con Evans Dağlıq Qarabağa səfər edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, o, “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bako Saakyanla görüşüb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu addımı təxribat əməli adlandırıb. H.Hacıyev bildirib ki, C. Evans ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir: “Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil”.

XİN rəsmisi həmçinin onu da vurğulayıb   ki, ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib: “Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağırılıb. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu keçmiş səfirin addımını Azərbaycana xoş olmayan jest adlandırıb: “Doğrudur, onun hazırda rəsmi olaraq heç bir statusu yoxdur. Əgər Evans səfir kimi ora getsəydi, bu lap biabırçılıq olardı və Amerika-Azərbaycan  münasibətlərinə çox mənfi təsir edərdi. Ancaq indi o, şəxsi təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edib. Hər halda,  Evans bilməli idi ki, Azərbaycanın icazəsi olmadan işğal atındakı torpaqlara səfər etməklə, bizim tərəfimizdən ”qara siyahı"ya düşəcək. Belə də oldu. Artıq o, Azərbaycana gələ bilməz. Düşünürəm ki, əslində ABŞ Dövlət Departamenti də bu və ya digər şəkildə hadisəyə reaksiya bildirməli və öz keçmiş nümayəndəsinin hərəkətini pisləməlidir. Onlar  açıq şəkildə bildirməlidirlər ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və oraya səfərlər yalnız Azərbaycanın icazəsi ilə mümkündür".

Politoloq bildirib ki, Azərbaycan da bu hadisənin qarşılığında oxşar  addım ata bilər: “Misal üçün, Amerikanın da Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun Azərbaycan hakimiyyəti ilə çox sıx münasibətləri var. Səhv etmirəmsə onun Bakıda biznesi də var. Azərbaycan təşkil edə bilər ki,  Eskudero bir qrup amerikalı ilə Qarabağın Azərbaycan hissəsinə getsin və orada öz gözləri ilə ermənilər tərəfindən dağıdılmış yerləri, hücuma  məruz qalmış evləri ziyarət etsin.  Bu da bizim cavab tədbirimiz olar. İnformasiya müharibəsi gedir, necə ki, ermənilər keçmiş səfirin Dağlıq Qarabağa səfərini təşkil edirlərsə, biz də eyni  səviyyəli bir adamla bunu edə bilərik”. 



E.Şahinoğlu Amerikanın vaxtilə Azərbaycanda səfiri olmuş bəzi şəxslərin ikili addımlarından da danışıb: “ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza İrəvanda bir açıqlama verirdi, Bakıda  isə onun tam tərsini danışırdı. Eyni zamanda o, İrəvana gedəndə hər dəfə açıqlama verirdi və biz ona reaksiya verəndə də deyirdi ki, guya erməni mətbuatı fikirlərini  yanlış dərc edib. Yəni bu adam açıqlamalarına bir o qədər də diqqət yetirmirdi. Çox təəssüf ki, qərbli diplomatlar bu  kimi addımları tez-tez atırlar. Hesab edirəm ki, bu kimi halların yaranmaması üçün Azərbaycanın da üzərinə mühüm iş düşür. Bizim Diaspora Komitəmiz, Xarici İşlər Nazirliyimiz var ki, onlar birgə  fəaliyyət göstərməlidirlər. Elə etmək lazımdır ki, Azərbaycanı beynəlxalq aləmdə dəstəkləyənlər arasında  Qərbin tanınmış nümayəndələri də olsun.  Keçmiş səfirləri ölkəyə dəvət etmək lazımdır. Ermənistan və erməni lobbisi bu istiqamət üzrə, görünür, çox canfəşanlıq edir. Halbuki Ermənistanın heç bu məsələlərə sərf edəcək pulu da yoxdur. Ancaq erməni lobbisi bu işləri görə bilir. Bizim xaricdə pis-yaxşı nümayəndələrimiz var. Onlar da addım atmalıdırlar”.

Politoloq bildirib ki, Amerika sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də başqa məqamlar da var: “Amerika yeganə dövlətdir ki, bu illərə qədər tanınmayan, separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırır. Biz Rusiyanı  tənqid edirik, ancaq Rusiya Dövlət Duması, yaxud da hökuməti Dağlıq Qarabağa rəsmi şəkildə maliyyə ayırmayıb.  Halbuki RusiyaErmənistanın müttəfiqi sayırıq. Çox təəssüf ki, Amerika Konqresi bu istiqamət üzrə addımlar atır. Diplomatların Dağlıq Qarabağa səfər etməsi xoş olmayan atmosfer yaradır. Amerikanı  bir çox məsələlərdə strateji tərəfdar, müttəfiq sayıram. Çünki  Amerika, Azərbaycanın inkişafında və xarici təzyiqləri dəf etməsində maraqlıdır. Bununla belə, görürük ki, Amerikada müəyyən mərkəzlər erməni lobbisinin təsiri altında Azərbaycanın ərazi bütövlüyünə zidd olan addımlar atıb, açıqlamalar verirlər.  Sanki mərkəzləşmiş siyasət yoxdur. Bax bu, bizdə təəssüf doğurur. Eyni zamanda bu faktor Azərbaycanda olan rusiyameylli qüvvələrin də əlinə çox güclü bəhanə verir. Amerika bu  bəhanəni verdikcə, Qərblə əməkdaşlığı önə çəkən insanların ”dili qısalır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar