Rəsmi Vaşinqton ilk dəfə çoxfunksiyalı beşinci nəsil F-35A qırıcılarını Avropada dislokasiya edəcək
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi general Herbert Karlayl məlumat verib.
“Qırıcıların Avropada yaz və ya yay aylarında yerləşdirilməsi gözlənilir. Əminəm ki, bu baş verəcək”, - agentlik Karlaylın sözlərindən sitat gətirir.
General bildirib ki, ABŞ həmçinin bu qırıcıları Sakit okean regionuna göndərməyi planlaşdırır.
pia.az