Cümə axşamı, 24 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ həmləsi: İranı təhlükədən qoruyan mühüm amil


“ABŞ İrana qarşı sanksiyaları sərtləşdirsə belə, bunun Tehrana münasibətdə nə qədər effektli olacağı bir az mübahisəlidir”


Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

“Tramp adminitrasiyası dəfələrlə İranla nüvə razılaşmasından çıxacaqları barədə bəyanatlar verib. İş orasındadır ki, Avropanın bu məsələyə münasibəti müsbət deyil. Hətta Avropa ölkələri rəsmi mövqelərində nüvə razılaşmasına davam edəcəklərini ciddi şəkildə vurğulayıblar. Çünki bu razılaşma Avropa ölkələri ilə İranın iqtisadi münasibətlərində tərəflərin əl-qolunu kifayət qədər aça bilər. Hazırda isə Avropa ilə İran arasında ciddi iqtisadi layihələr üzərində işlər gedir. O üzdən ABŞ İrana qarşı sanksiyaları sərtləşdirsə belə, bunun Tehrana münasibətdə nə qədər effektli olacağı bir az mübahisəlidir”, - analitik bildirib.

V.Zifəroğlu bu mənada ABŞ-ın İranla bağlı hədələrinin konkret nəticə verəcəyini düşünmür:

“İran hazırda Suriyadakı mövqelərini gücləndirib və ABŞ da bununla razılaşmaq istəmir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran üzərindən sanksiyaların götürülməsi rejiminin uzadılması ilə bağlı qərar qəbul edib. Həmçinin İranla nüvə müqaviləsinin davamı barədə Tramp rəhbərliyi qərar verib.

pia.az
Etiket:
loading...