Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dolları bütün dünyada möhkəmlənməkdə davam edəcək


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk mətbuat konfransında çıxışı zamanı vergi islahatlarının keçirilməsinin çətin olduğunu bildirib


Bundan sonra ABŞ dolları dünya valyuta bazarında ucuzlaşmağa başlayıb. Həmçinin, D.Trampın fiskal stimullaşdırma ilə bağlı məsələlərə toxunmaması investorların dolların möhkəmlənməsinə investisiya qoymaqdan vaz keçməsinə səbəb olub. 

Xatırladaq ki, investorlar D.Trampın yanvarın 20-də ABŞ prezidentinin inauqurasiya mərasimi zamanı çıxışında vergi islahatları və büdcə stimullaşdırılması ilə bağlı fikirlərinə diqqət edəcək. Əgər Tramp bu mövzulara toxunarsa, o zaman dolların məzənnəsi möhkəmlənəcək və ABŞ fond birjaları artmağa davam edəcək. Əks halda, Tramp seçkiöncəsi vədlərini yumşaldsa və inauqurasiya zamanı çıxışında iqtisadi qərarlarıla bağlı fikir səsləndirməsə, tarixi maksimum səviyyələrə yaxın olan ABŞ fond birjaları indekslərində sərt azalma, dolların məzənnəsinin isə ucuzlaşması gözlənilir.

Lakin dolların məzənnəsində ucuzlaşma uzunmüddətli olmayacaq. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot faizləri ilə digər inkişaf etmiş ölkələrin Mərkəzi Banklarının faiz dərəcələri arasında fərq dolların məzənnəsinin çox ucuzlaşmasına imkan verməyəcək. Bundan başqa, ABŞ iqtisadiyyatının müsbət dinamikası fonunda FRS-in 2017-ci ildə uçot dərəcələrini artırmağa davam etməsi və bunun 2-3 iclasda baş tutacağı ehtimalları dolların məzənnəsinin bir qədər sonra yenidən möhkəmlənməsinə gətirib çıxaracaq. (“Report”)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar