Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ bu il də Qarabağ “meydanı”nı Rusiyaya saxladı


Moskvanın vasitəçilik məsələsində davam edən şəriksiz monopoliyası ədalətli nizamlama önündə əsas əngəl olaraq qalır; politoloq: “Lavrovun son Qarabağ bəyanatı birbaşa ermənilərin mənafeyinə xidmət edir...”


Rusiya bu il də Dağlıq Qarabağ məsələsində öz həlledici təsir imkanlarını saxlaya bildi.

 Bu amil əfsus ki,  problemin həllinə deyil, uzanmasına xidmət edir. Rusiya faktorunu isə potensial olaraq, ABŞ neytrallaşdıra bilər. Yenə təəssüflər olsun ki, rəsmi Vaşinqtonun gündəmində Qarabağ məsələsi ön yerlərdə deyil. Bu da ilk növbədə işğalçı Ermənistanın əsas müttəfiqi, daha doğrusu, havadarı Rusiyaya imkan yaradır ki, konfliktlə istədiyi şəkildə manipulyasiya eləsin.

Belə yanaşma sabiq prezident Barak Obamanın 8 illik hakimiyyəti dönəmində də dəyişmədi. ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın çağırışlarına rəğmən, Obama administrasiyası Dağlıq Qarabağ ixtilafı ilə bağlı ciddi heç bir təşəbbüskarlığı ilə yadda qalmadı, Rusiya prezidenti Putindən fərqli olaraq, Vaşinqtonda bircə dəfə belə, AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil eləmədi. Halbuki bunu reallaşdırmaq elə də çətin deyildi. Donald Tramp Ağ Evə sahibləndikdən sonra da reallıq dəyişməmiş qalır - Ağ Evin Qarabağ konfliktinə maraq və diqqəti əvvəlki tək yetərli deyil.

***** 

Bu xüsusda Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın “The Hill” qəzetində dərc edilmiş məqaləsi öz aktuallığı ilə diqqət çəkir (virtualaz.org). Müəllifə görə, ABŞ-ın Qafqazdakı həyati əhəmiyyətli maraqları 1990-cı illərdə olduğu kimidir və dəyişməz qalır. “Bu maraqlar ondan ibarətdir ki, region dövlətləri müstəqilliklərini qoruyub saxlasın, öz sərhədləri daxilində real suverenliyə malik olsun, bir-birləri ilə sülh şəraitində yaşasınlar və beynəlxalq iqtisadi bazarlar üçün açıq olsunlar”, - deyə o qeyd edib.

Ancaq ardınca müəllif təəssüflə bildirir ki, mövcud reallıq bu maraqlardan ciddi fərqlənir: “ABŞ-ın regiona dair son vaxtlar yürütdüyü siyasətin qiymətləndirməsi göstərir ki, Vaşinqton Cənubi Qafqaz regionuna laqeyddir. Bu laqeydlik öz növbəsində regionun problemlərinin dərinləşməsinə, meydanın Rusiya üçün daha geniş açılmasına gətirib çıxarır”.

Sitat: “Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini ”əbədiləşdirir", bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir. Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur.... ABŞ tərəfdən Bakının davam etməkdə olan demokratikləşmə prosesi ilə bağlı səylər zəifləyib. Çünki biz onların ərazi bütövlüyünə, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə laqeyd olmuşuq. Nə qədər ki, ABŞAvropa müharibəyə gəlib çıxmayanadək bu problemə ciddi yanaşmayacaq, Bakının onların demokratiya ilə bağlı tənqidlərinə ciddi yanaşacağı ehtimalı da az olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə ciddi yanaşmaqla və vasitəçilik səylərini gücləndirməklə təkcə Azərbaycan üzərində təsirlərimizi gücləndirmiş olmayacağıq, eyni zamanda Ermənistanın da Rusiyadan asılılığını azaldacağıq, bununla da dinc, demokratik və liberal Qafqazın əsasını qoymuş olacağıq".

*****

Hələliksə işğalçı Ermənistan Rusiyaya, xüsusən də onun erməni kökənli xarici işlər naziri Sergey Lavrova arxayın olaraq, işğal rejimini davam etdirir, hətta etnik təmizləmə apardığı Azərbaycan torpaqlarını süni şəkildə ermənilərlə məskunlaşdırmağa cəhdlər edir. Yeri gəlmişkən, Lavrovun ötən həftəsonu Qarabağa dair verdiyi açıqlamalar erməni tərəfini ruhlandırmağa yönəlib, nəinki problemin ədalətli həllinə.    

Sergey Lavrovun Dağlıq Qarabağ bağlı son bəyanatı birbaşa ermənilərin mənafeyinə xidmət edir”. Bunu axar.az-a Rusiya XİN başçısı Lavrovun tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə razılıq verdiyini ifadə edən bəyanatı barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Lavrovun bu bəyanatı açıq-aşkar Azərbaycan torpaqlarının anneksiyasına bəraət qazandırmaqdır.

“Lavrovun bu diplomatik manevri özündə işğalçının başı altına yastıq qoymaq siyasətini ehtiva edir. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünün dilə gətirilməməsi açıq-aşkar Ermənistanın və Qarabağ separatçılarının qorunması cəhdidir. Ermənilərə hazırda lazım olan Dağlıq Qarabağın hüdudlarından kənardakı əraziləri erməni əhalisi ilə məskunlaşdırmaqdır. Fikir verin, Cəbrayılda bir neçə kənddə ermənilərin məskunlaşdırılması prosesi başlayıb. Erməni maliyyəsi hesabına xaricdən gətirilən quraşdırılma birmərtəbəli evləri burada yerləşdirməklə bu prosesi sürətləndirmək istəyirlər”, - deyə o qeyd edib.

Danışıqlar prosesinin artıq səmərə vermədiyini deyən politoloq hazırda Ermənistana yeganə təsir vasitəsinin güc olduğunu vurğulayıb: “Ermənilərin işğal edilmiş ərazilərimizdə məskunlaşması prosesi dayandırılmırsa, BMT-nin məlum qətnamələrinə zidd olan bu prosesi Azərbaycan özü dayandırmağa məcburdur. Azərbaycan beynəlxalq vasitəçilərdən, o cümlədən Rusiyadan ədalətli yanaşma gözləyir”.

*****

Rusiyadan ədalətli nizamlama ummaq isə deyəsən, yırtıcı heyvandan vegetarianlıq gözləmək qədər qeyr-real görünür. Krem Mixail Qorbaçov dönəmindən üzü bəri - 29 il ərzində, həm SSRİ, həm də Rusiya dönəmində əlində böyük imkanlar və rıçaqlar ola-ola, buna cəhd etməyibsə, bundan sonra edəcəyini düşünmək sadəlövhlük olar. Tək səbəbə - münaqişənin yaradıcısı, “memarı” məhz Kremldir. Hədələri də çoxdan bəlli.

Bu mənada bir daha vurğulamaq zərurəti var ki, Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllinə ən böyük töhfəsi sülh məsələsinə maneə yaratmaması, Ermənistana dəstəyini çəkməsi ola bilər. Gerisi sadədir: İrəvan ya dərhal sülhə gəlməli olacaq, ya da Azərbaycan buna onu zorla məcbur edəcək. Qısa zamanda... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar