Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Zərrabı Türkiyə əleyhinə danışmağa məcbur edir


Türkiyə hökuməti Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu bəyan edib


Hökumət sözcüsü Bəkir Bozdağ bəyan edib ki, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: 

“Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi təməli demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqazidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq-aydın görünür”.

Rəsmi Ankara adından çıxış edən Bəkir Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: “Onlar indi girov kimi saxlanılır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanskiyaları pozmaqda təqsirləndirilir.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar