Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ VƏ Çin böyük qarşıdurmaya hazırlaşırlar!


Donald Tramp 8 mart tarixində gözlənilmədən polad və alüminiumun idxalına rüsum tətbiq olunmasını elan edəndə Avropa Birliyi və ilk növbədə isə Almaniya çarəsiz halda təşvişə düşdü. Lakin ilk başdan belə güman edildi ki, məlum bu proteksionizm tədbirləri yalnız istisna olaraq Çin üçün nəzərdə tutulacaq və zamanla Avropa üçün isə bu məsələdə güzəştə gediləcək


Bu, belə də oldu! Həm də çox gözləməyə ehtiyac qalmadı. Sonradan Ağ Ev elan etdi ki, Avropa Birliyi, Cənubi Koreya, Argentina və Braziliya polad və alüminiuma tətbiq olunan yeni tariflər siyahısından çıxarılır. Ancaq Rusiya və Çin həmin siyahıda qalırlar. Ukraynanın xarici işlər naziri Klimkinin nikbin bəyanatlarına baxmayaraq, Ukraynanı da həmin cəza siyahısında saxlayıblar.

Bundan bir qədər əvvəl isə Donald Tramp özünü “axmaqlığa vurmağı” bir yana qoyub, birbaşa deyib ki, Çindən gələn bütün mallara geniş tarif tətbiq edir və Çinə təklif verib ki, onlar Amerika ilə ticarətdəki 100 milyard dollarlıq profisiti azaltsınlar. Çinin ABŞ-dakı səfirliyi öz saytında xəbərdarlıq bəyanatı yayaraq bildirib ki, onlar ”öz maraqlarını qorumaq üçün sonunadək getməyə hazırdırlar”.

Dünyanın iki böyük dövlətinin bu cür bəyanatlarından sonra Amerika fond birjasında çöküş baş verdi: Dow 2,93%, S&P500-2,52%, Nasdag-2,43% gerilədi. Müvafiq olaraq Şanxay birjasi-3,41%, Tokio birjası isə-4,66% gerilədilər.

Onu demək lazımdır ki, Trampın bəyanatı Çin üçün gözlənilməz olmadı. Bundan yeddi ay öncə Tramp Amerikan texnologiyasına qarşı Çinin sənaye casusluğu aparmasını araşdıran komissiya yaratmışdı. Bundan başqa Amerikan şirkətlərinin Çinə qarşı şikayəti vardı. Həmin şikayətdə bildirilir ki, Çin ABŞ şirkətlərini öz bazarına bir şərtlə buraxır ki, onlar öz texnoloji yeniliklərini Çin tərəfinə versin. Tramp bu şikayətlə bağlı məsələlərin də öyrənilməsinə göstəriş vermişdi.

Komissiyanın işinin gedişində bu məsələlərlə əlaqədar dəvət olunan çinli nümayəndələr Çinin texnologiya transferi ilə bağlı praktikasının düzgün davranış olmadığını təsdiqləyiblər.

Həm də yaxşı məlumdur ki, Çin bütün cəhdlə ABŞ-la ticarət müharibəsindən qaçmağa çalışıb. Bu məqsədlə Çin dəfələrlə Amerikaya ”rasional davranmağı” təklif edib. Xüsusən də, Çin, Amerikan investisiyasının öz bazarına buraxılışını sadələşdirəcəyinə və onların bəzi mallarının idxalına qoyulan tariflərin qiymətini azaldacağına söz verib. Amma heç nə kömək etmədi. Amerikanın xeyli sayda sənaye ittifaqları Çinin cavab tədbirləri görəcəyindən ehtiyatlanaraq prezidenti sərt addım atmaqdan çəkindirməyə çalışdılar. Amma buna baxmayaraq, Tramp Çinə təsir etmək istiqamətində öz güc metodlarını seçdi.

İndi bütün dünya gərginlik içərisindədir və hamı ABŞ və Çin arasında genişmiqyaslı ticarət müharibəsinin başlayacağını düşünür. Ağ Ev bəyan edib ki, Çinə qarşı yönəlmış bütün ticarət sanksiyaları barəsindəki təfərrüat yaxın zamanlarda dərc olunacaq.

Çinin reaksiyası sanksiyaların miqyasından asılı olacaq. Əgər geniş tariflər 20-25 faiz səviyyəsini aşmayacaqsa, onda Çin formal surətdə Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək və tərəflər danışıqlar üçün masa arxasına keçəcəklər. Yox, əgər geniş tariflər 45 faizdən aşağı olmayacaqsa, onda Çinin – avtomobillər, təyyarələr, kənd təsərrüfatı məhsulları daxil olmaqla, bütün Amerikan idxalına anoloji tarif tətbiq etməkdən savayı başqa yolu qalmayacaq. Belə halda ABŞ və Çin çox sürətlə ticarət müharibəsindən valyuta–maliyyə müharibəsinə keçəcəklər. Sonra isə geosiyasi qarşıdurma başlayacaq. Həmin qarşıdurma zamanı Rusiyanın kimin tərəfini tutacağını demək çətindir.

Hər halda əgər ticarət müharibəsi baş verərsə, onda çox böyük ehtimalla, o, dünya iqtisadiyyyatının tənəzzülü ilə nəticələnəcək. Bu isə öz növbəsində beynəlxalq münaqişələri kəskinləşdirəcək. Belə bir ssenariyə hazır olun. Tramp bu yaxınlarda vacib kadr yerdəyişmələri apardı. O, dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri şahinlərlə əvəzlədiyi zaman əlləri qətiyyən titrəmədi.

Amma belə bir yanaşma var ki, Trampın Çinə və həm də İrana qarşı yönəlmiş nümayişkəranə təhdid davranışı noyabr ayında konqresə keçiriləcək ara seçkiləri ilə əlaqədardır. Onu da xatırlayaq ki, indi Trampı impiçmentdən qoruyan yeganə məsələ demokratların konqresdə azlıq təşkil etməsidir. Seçkilərdə məğlub olacağı təqdirdə, Tramp ən yaxşı halda ikinci müddətə prezident seçiləcəyini yaddan çıxarmalıdır, ən pis halda isə impiçment alacaq.

Hər halda Tramp hesablayıb ki, beynəlxalq gərginliyin dərəcəsinin kəskin qalxması onun üçün daha yaxşıdır -axı, atları keçidlərdə dəyişmirlər!

Gözləmək olar ki, Tramp may ayında İranla imzalanmış nüvə proqramı müqaviləsindən çıxsın. Bu isə hal-hazırda iri miqyaslı müharibə həddində olan Yaxın Şərqdəki bütün ziddiyyətləri kəskinləşdirə bilər. Nəticədə isə həmin gərgin vəziyyət İrana qarşı ABŞ, İsrail və İngiltərədən ibarət beynəlxalq koalisiyanın formalaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlara cəmi iki il vaxt qalır.

(“Qlavred”-Ukrayna)

Tərcümə “AzPolitika”nındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar