Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Transatlantik əməkdaşlığını bərpa etməyə məcbur olur


Angela Merkel: “ABŞ-la ikitərəfli ticarət yolverilməzdir”


Yevgeni Pudovkin

NG.ru, 25.042017

ABŞ administrasiyası hələ 2013-cü ildən başlanmış Transatlantik ticarət və yatırım tərəfdaşlığı (TTYT) haqda danışıqlardakı fasiləni geri götürür.

 Beləliklə, Donald Tramp komandası seçkiqabağı kampaniya zamanı verdiyi daha bir vəddən, yəni istisnasız olaraq ikitərəfli ticarət sazişləri bağlamaqdan imtina edə bilər.

ABŞ ticarət naziri Uilbur Ross dünən Vaşinqtonda Avropanın ticarət üzrə komissarı Sesiliya Malmstremi qəbul etməliydi. Britaniyann “Financial Times” (FT) nəşrinin xəbər verdiyi kimi, görüşün gedişində TTYT üzrə AB tərəfdən müxaliflik, həmçinin Böyük Britaniyanın Birlikdən çıxmasının doğurduğu şok üzündən dayandırılmış danışıqların təzələnməsini müzakirə etmək planlaşdırılıb. Amerika məmurları FT-a izah ediblər ki, saziş üzrə diskussiyalarda gerçək irəliləyişi yalnız payızın əvvəlində gözləməyə dəyər.

Ticarət departamentinin Avropa Birliyi ilə saziş üzərində işdən başqa digər prioritet vəzifəsi Çin və Yaponiya ilə ikitərəfli ticarət anlaşmalarının hazırlanmasıdır. “NAFTA ölkələri (ABŞ, Kanada, Meksika-tərc.) sayılmasa, Çin, Yaponiya və AB – bu üç iqtisadiyyatla bağlı ən təsirli ticarət kəsirimiz yığılıb. Bu kontekstdə təəccüblü deyil ki, diqqətimizi AB ilə danışıqlara cəmləməliyik”, – deyə Ross FT-a izah edib.

AB ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Amerika 2015-ci ildə Avropa Birliyinə 461 milyard avroluq mal və xidmət ixrac edib, 596 milyad avroluq isə idxal edib.

Trampın 2016-cı ilin sentyabrında Ross və iqtisadçı Piter Navarro ilə həmmüəliflikdə dərc edilmiş iqtisadi planı ticarət münasibətlərində ABŞ-ın ticarət kəsirinin azaldılmasını prioritet qoyub. Ross və Navarro bu məqsədə çatmaq üçün administrasiyaya ticarət blokları formatında irimiqyaslı sazişlərdən imtina edərək başqa dövlətlərlə ikitərəfli əsasda saziş bağlamağı təklif edib. Prezident müşavirlərin niyyətinə görə, ölkələrlə “təkbətək” dialoqu yoluna qoymaqla sərfəli şərtlərə nail olmaqda Vaşinqtonun böyük şansları olacaq.

Deməli, prezident postunda Trampın ən ilk sərəncamlarından biri Ştatların 12 ölkənin daxil olduğu beynəlxalq Transsakit okean tərəfdaşlığından çıxmaq haqda olub.  Azad ticarət haqda Şimali Amerika sazişinin (NAFTA) yenidən nəzərdən keçirilməsi haqda da danışıqlar aparılır. Amerika liderinin ona da pretenziyaları var.

Vaşinqtonun əvvəllər bəyan edilmiş doktrinaya zidd gedərək AB-i istisna etmək qərarına Amerika məmurlarının AB dövlətlərinin diplomatları ilə söhbətləri təsir edib. Bu barədə Britaniyanın “Times” qəzeti xəbər verib. Qəzetin məlumatına görə, ABŞ-ın ayrı-ayrı ölkələrlə danışqları haqda təklifi qəti şəkildə rədd olunub. Trampın AFR kansleri Angela Merkellə danışıqları dönüş məqamı olub – alman siyasətçi AB-nin kürəyi arxasında ticarət üzrə istənilən ikitərəfli əməkdaşlığın AFR üçün yolverilməz olduğunu bildirib. “Times”-ın məlumatına əsasən, Ağ Evin sahibi məhz bu görüşün gedişində Avropa Komissiyasından yan keçməklə Avropa Birliyi ölkələri ilə ayrı-ayrılıqda sazişə gəlmək niyyətinin hədərliyini qəti şəkildə anlayıb.  

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa inteqrasiyası kafedrasının dosenti Aleksandr Tevdoy-Burmuli hesab edir ki, “Trampın ikitərəfli sazişlər bağlamaq hazırlığını anlamaqdan ötrü AB ölkələrini yoxlamaq cəhdləri lap əvvəlcədən gözlənilən idi. Üzv dövlətlərin iştirakı ilə hazırlanan, ancaq Avropa Komissiyasının gerçəkləşdirdiyi ümumi ticarət siyasətinin artıq 50-dən çox yaşı var. Trampın bu sabitləşmiş prinsiplərə necəsə etinasız yanaşmaq cəhdləri ümidsiz idi”.

Britaniya KİV-ləri qeyd edir ki, TTYT üzrə danışıqları prioritet statusuna yüksəltmək Böyük Britaniyanın iddialarına önəmlıi zərbədir. Britaniya XİN başçısı Boris Conson hələ yanvarda Vaşinqtona səfər edərək Trampın komandası və Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla Konqresin liderləri ilə görüşüb. Nazir Londona dönərkən bildirməyi yaddan çıxarmayıb ki, BritaniyaABŞ-la azad ticarət haqda saziş bağlamaq üçün növbədə birinci yerdə durur”.

Bununla yanaşı, Tevdoy-Burmulinin qeyd etdiyi kimi, BritaniyaABŞ-ın ticarət münasibətlərinin gələcəyi haqda hansısa nəticələr çıxartmaq hələlik tezdir. Ekspertin vurğuladığı kimi, çox şey Britaniyanın AB-i hansı şərtlərlə tərk edəcəyi və üzvlüyün hansı iqitsadi mənfəətlərini blokda saxlamağından asılı olacaq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar