Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

Zaur Məmmədov: “Gələcəkdə Rusiya-Türkiyə, Türkiyə-ABŞ, ABŞ-Rusiya və digər qüvvələrin Suriyada toqquşmalarının şahidi ola bilərik”


Əhəd Məmmədli: “ABŞ  eyni anda həm Türkiyə, həm də Rusiya ilə  Yaxın Şərqdə mübarizə aparsa, uduzacaq. Ona görə amerikalılar seçim etmək məcburiyyətində qalaraq, ya Türkiyə, ya da Rusiya ilə münasibətlərini normallaşdırılmalıdırlar”.

ABŞ Suriyada YPG-dən ibarət ordu yaratmaq fikrindən imtina edib. ABŞ Dövlət katibi Reks Tillerson bildirib ki, Suriyanın şimalında Sərhəd Təhlükəsizlik Qüvvələri adlı bir ordu yaradılmayacaq. Türkiyənin sərt reaksiyasına səbəb olan sərhəd qüvvələri məsələsinin tamamilə yanlış formada təsvir edildiyini bildirən Tillerson hətta mövzu ilə bağlı rəsmi Ankaraya bir açıqlama borclu olduqlarını deyib. Bununla yanaşı,  ABŞ xarici işlər naziri Reks Tillerson bildirib ki, onlar Suriyadan çıxmağı düşünmürlər.

Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın rəhbərliyi altında Suriyaİraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirmişdi ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır. Bu qərar isə Türkiyədə ciddi narahatlığa səbəb olmuşdu və  Qərara münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sərt mövqedən çıxış edərək, bu qərarın reallaşmasına imkan verməyəcəklərini bildirmişdi. 

Vaşinqtonun bu addımdan vaz keçməsi sırf Ərdoğanın ultimatumları ilə bağlıdır, yoxsa başqa səbəblər də ola bilər və bundan sonra ABŞ-ın Suriyadakı varlığı və yürüdəcəyi siyasət barədə nə demək mümkündür? Bu halda Suriyada ABŞ-Rusiya, ABŞ-Türkiyə qarşıdurması davam edəcəkmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov  və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.


Image result for Zaur məmmədov

Zaur Məmmədov: “Ərdoğana Türkiyənin milli  təhlükəsizliyi  lazımdır. Türkiyənin milli təhlükəsizliyi  isə Suriyadan və İraqdan başlayır”.


YPG-dən ibarət bir ordunın  artıq yaradıldığını bildirən politoloq Zaur Məmmədovun fikrincə, bundan sonrakı dönəmdə Rusiya-Türkiyə, Türkiyə-ABŞ, ABŞ-Rusiya münasibətlərində gərginlik yaşana bilər:

ABŞ-ın Suriyanın Türkiyə və İraqla  sərhədlərinin  bir hissəsini kürdlərdən ibarət yeni yaradılacaq sərhəd təhlükəsizlik qüvvələrinə verəcəyi xəbəri təbii ki, Ankaranı qıcıqlandırmaya bilməzdi. Məsələ burasındadır ki, bugün Suriyada ABŞ-ın kürdlərdən başqa dayağı yoxdur. Digər müxalif qruplar demək olar ki, proseslərdən uzaqlaşdırılıblar. İŞİD terror qruplaşmasının sağ qalmış nümayəndələri və YPG-dən ibarət vahid qruplaşmaların gücləndirilməsi yönündə işlərin getməsi istisna deyil. 

Hesab edirəm ki, YPG-dən ibarət bir ordu artıq yaradılıb. Bu ordunun yaradılmasında zamanında bir çox ölkələr iştirak ediblər. Lakin  Afrində, Mənbicdə ABŞ-ın kürd qüvvələrini aktiv şəkildə dəstəkməsi  mümkün deyil. Vəziyyət belə davam edərsə, Afrin və Mənbic bölgəsinə türk silahlı qüvvələrinin hücumu qaçılmazdır. Afrində artıq mülki əhalinin çıxarılmasına başlanılıb.  Təxmini hesablamara görə,  Afrində 8-10 min arası kürd silahlıları yerləşməkdədirlər. Qonşu bölgələrdən hal-hazırda oraya türk silahlı  qüvvələrinə qarşı döyüşmək üçün kürd silahlılarının axını davam etməkdədir. Əminəm ki, yaxın saatlar ərzində Türkiyə hərbi hava qüvvələri bölgəyə səmadan hakim olmaq üçün hücuma başlayacaqlar. 

Hal-hazırda Afrin bölgəsində kürdlər möhkəmkənməkdədirlər. Onların əsas ümidi isə təbii ki, ABŞ başçılığı altındakı beynəlxalq koalisiyadır. Lakin düşünmürəm ki, ABŞ Türkiyə hərbçiləri ilə üz-üzə gələcək. Bu, baş verməyəcək. Bu kimi müasir tipli münaqişələrdə bəlli çərçivələr qorunmalıdır. Afrin hal-hazırda demək olar ki, üç tərəfdən mühasirəyə alınmaqdadır. Təkcə bir tərəf qalır, bu da cənub-şərq istiqaməti ilə aradan çıxmaqdır. Orada isə  ərazilər Dəməşq tərəfindən idarə olunur. 

Beləliklə, gələcəkdə Rusiya-Türkiyə, Türkiyə-ABŞ, ABŞ-Rusiya və digər qüvvələrin Suriyada toqquşmalarının şahidi ola bilərik. ABŞ bölgəni Rusiyaya vermək iqtidarında deyil. Bu gün Suriya Rusiyanın olarsa, növbəti mərhələdə Liviya, Misir,  Livan kimi ərazilər Moskvanın nəzarəti altına keçə bilər. Eyni zamanda Türkiyənin bugünkü xarici siyasətində təkcə ABŞ ilə deyil, eyni zamanda Rusiya ilə də problemlər görünməkdədir.  Suriyanın şimalında  bir müddət üçün türk hərbçilərinin olması mütləqdir. RusiyaABŞ bununla barışmalıdırlar. Ərdoğana Türkiyənin milli  təhlükəsizliyi  lazımdır.  Türkiyənin milli təhlükəsizliyi  isə  Suriyadan və İraqdan başlayır”. 

Image result for Əhəd məmmədli

Əhəd Məmmədli: “ABŞ  eyni anda həm Türkiyə, həm də Rusiya ilə Yaxın Şərqdə mübarizə aparsa, uduzacaq”.


ABŞ-ın geri addım atmasına Türkiyənin  sərt mövqeyinin səbəb olduğunu bildirən politoloq Əhəd Məmmədliyə görə, ABŞ hər bir halda Suriyadakı mövcudluğunu qoruyacaq:

ABŞ-ın geri çəkilməsi həm Ərdoğanın ultimatumu, həmdə Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar başlamasına görə oldu. Praqmatik ingilis siyasətində açıq-aşkar kürdlərə dəstək verə bilməyəcəklərini gördülər. Hətta dəstək versə belə,  Türkiyə ilə üz-üzə gələcəkdi. Ona görə də  məğlubiyyətdənsə, geri çəkilib özlərinin bu məsələyə aid olmadıqlarını bəyan etməyi daha məqsədəuyğun saydı.  ABŞ təbii ki, Suriyada varlığını qorumağa çalışacaq. Bəzən ələvi rejimi və  ya DAİŞ terrorçularını bombalamaqla, “bizdə burada varıq” deyəcəklər. 

ABŞ  eyni anda həm Türkiyə, həm də Rusiya ilə  Yaxın Şərqdə mübarizə aparsa, uduzacaq. Ona görə amerikalılar seçim etmək məcburiyyətində qalaraq, ya Türkiyə, ya da Rusiya ilə münasibətlərini normallaşdırılmalıdırlar. Hesab edirəm ki, Amerika bu seçimdə gecikir və bu gecikmə  Türkiyə ilə Rusiyanı daha da yaxınlaşdırır. Elə bir an yarana bilər ki, ABŞ-ın  seçimindən asılı olmayaraq, hər iki tərəfdən rədd cavabı alsın”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar